Ömrünü torpaqlarımızın müdafiəsinə fəda etmiş əfsanəvi sərkərdə
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədovun doğum günüdür
Hərb tarixində "müharibələr tanrısı" adlandırılan artilleriya istənilən ordunun döyüş qabiliyyətini, atəş üstünlüyünü və əməliyyatların taleyini həll edən əsas həlqədir. 1990-cı illərin əvvəllərində — SSRİ-nin süqutundan sonra Azərbaycanın yenicə bərpa olunan müstəqilliyi və ərazi bütövlüyü təhlükə qarşısında qalarkən, ölkə qarşısında duran ən başlıca vəzifələrdən biri peşəkar nizami ordu, xüsusilə də qüdrətli artilleriya qüvvələri yaratmaq idi.
Ermənistanın hərbi təcavüzü nəticəsində başlanan Qarabağ müharibəsinin ilk mərhələsində respublikamız ağır texnika, peşəkar kadrlar və mərkəzləşdirilmiş komandanlıq baxımından ciddi çətinliklərlə üzləşmişdi. Məhz belə kritik bir tarixi dövrdə sovet ordusunun peşəkar hərbi məktəbini keçmiş, Vətən sevgisini hər şeydən üstün tutan zabitlərimiz — o cümlədən Azərbaycan artilleriyasının banilərindən biri, Milli Qəhrəman polkovnik Rafael Əsədov önə çıxaraq ordumuzun artilleriya potensialının formalaşmasına rəhbərlik etmişdir.
Rafael Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə peşəkar hərbi strategiyanın, dəmir intizamın və misilsiz mərdliyin simvoluna çevrilmiş qəhrəmanlarımızdan biri olmuşdur.
Rafael Əsədov hələ müstəqilliyimizin ilk illərində – nizami ordunun formalaşmadığı çətin dövrdə Azərbaycan artilleriyasının təşkilində, könülü batalyonların döyüşə hazırlanmasında və Ağdərə cəbhəsində düşmənə sarsıdıcı zərbələrin endirilməsində müstəsna rol oynamışdır.
Azərbaycanın Milli Qəhrəmanı Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub.1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olub. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirib.
Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edib. Rafael Əsədov 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olub.
Rafael Əsədov 1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə Rafael Əvəz oğlu Əsədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Polkovnik Rafael Əsədov Azərbaycan artilleriyasının inkişafına və torpaqlarımızın müdafiəsinə ömrünü fəda etmiş əfsanəvi sərkərdədir. Milli Qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad edirik!
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 27 Oktyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















