Azərbaycanda zavodda faciə:
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağcabədi rayonunda usta zavodda faciəli şəkildə ölüb.
Missiya.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hüsülü kəndində yerləşən pambıq zavodunda baş verib.
Zavodda çilingər işləyən 47 yaşlı Rasif Tahir oğlu Quliyevin ayağı pambıq təmizləyən aparata düşüb.
Nəticədə usta ağır xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda zavodda FACİƏ: qurğuya düşən usta CAN VERDİ
03 Dekabr 2024 17:10
Baxış sayı:89
Bu xəbər 03 Dekabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















