Azərbaycandakı kinoteatrlarda hansı ölkələrin filmləri göstərilib? Siyahı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Ötən il Azərbaycanda fəaliyyət göstərən kinoteatrlarda 622 film nümayiş etdirilib.
Yeniavaz.com xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 17% azdır.
Qeyd edək ki, nümayiş etdirilən filmlərin 127-si milli filmlər, 495-i isə xarici filmlər olub.
Azərbaycan kinoteatrlarında ən çox ABŞ istehsalı olan filmlər nümayiş etdirilib. Ötən il kinoteatrlarda 192 ABŞ filmi göstərilib.
Bundan başqa il ərzində Türkiyə istehsalı olan 156, Fransa istehsalı olan 31, Kanada istehsalı olan 21, Rusiya istehsalı olan 21, Almaniya istehsalı olan 5, Hindistan istehsalı olan 4 film nümayiş etdirilib. Nümayiş etdirilən 65 film isə digər ölkələrin payına düşüb.
Onu da qeyd edək ki, əvvəlki illə müqayisədə kinoteatrlarda göstərilən ABŞ filmlərinin sayı kəskin azalıb. Belə ki, 2023-cü ildə kinoteatrlarda 439 ABŞ filmi nümayiş etdirilib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Otellərdə ən çox hansı ölkələrin vətəndaşları qalıb? Siyahı
25 İyul 2025 17:31
Azərbaycandakı otellərin Yeni il qiymətləri Siyahı
11 Dekabr 2025 09:01
Həftənin filmləri Siyahı
29 Yanvar 2025 14:08
Azərbaycandakı dini tolerantlıq nümunələri başqa ölkələrin məktəbinə çevrilir
14 Yanvar 2026 23:03
Azərbaycanda ən çox bu ölkələrin diplomları tanınmadı Siyahı
05 Noyabr 2024 11:14
Baxış sayı:87
Bu xəbər 29 Avqust 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















