Icma.az
close
up
RU
Menu

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Azərbaycandakı dini tolerantlıq nümunələri başqa ölkələrin məktəbinə çevrilir

Azərbaycandakı dini tolerantlıq nümunələri başqa ölkələrin məktəbinə çevrilir

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bütün tarixi dövrlərdə çoxmillətli və çoxkonfessiyalı bir ölkə olan Azərbaycanın tolerantlıq ənənələri Azərbaycan multikulturalizminin səciyyəsidir. Azərbaycan torpağını özünə məskən seçən müxtəlif dilli tayfa və xalqlar bu ərazidə qaynayıb-qarışmış, belə tarixi-siyasi-iqtisadi proseslər ölkənin mürəkkəb etnik tərkibini və mədəni simasını müəyyənləşdirib. Dini tolerantlıq hüquqi əsaslara malikdir ki, burada vicdan və dini etiqad azadlığı xüsusi yer tutur. Çünki, dini dözümlülüyün inkişafı və qorunması bu azadlıqların təmin olunması ilə sıx şəkildə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasinin Qanununa görə, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət yolverilməzdir.

Dini tolerantlıq Azərbaycanda qədim tarixə malikdir və Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”. Dini dözümlülük xalqımızın milli-mənəvi sərvəti kimi, dini-mədəni həmrəyliyin möhkəmlənməsində mühüm rol oynayır. Tolerant mühitdə dini konfessiyalar arasında qarşılıqlı əməkdaşlıq möhkəmlənir, dini müxtəliflik qorunur və dinlərarası dialoq inkişaf edir.

Azərbaycan əhalisinin tərkibi dini baxımdan zənginliyi ilə seçilir. Dini tolerantlığa bağlılıq xalqımızın milli-mənəvi dəyərlərindən irəli gəlir və onun əsasında müxtəlif dinlərə hörmətlə yanaşmaq ənənəsi formalaşmışdır. Ölkə üzrə 970 dini qurum qeydiyyatdan keçmişdir ki, onların 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Respublika ərazisində 2253 məscid mövcuddur, 16 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalara dövlət qayğısı göstərilir.

Xatırladaq ki, yanvarın 7-də Prezident İlham Əliyevin Sərəncam ilə Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln. manat maliyyə yardımı göstərilib.

Sərəncamla dini qurumlara maliyyə yardımı göstərmək üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.

Mövzu ilə bağlı danışan ilahiyyatçı Tural İrfan qəzetimizə deyib ki, ölkədə dinlər və millətlərarası tolerantlığın qorunması hər zaman prioritet təşkil edən məsələlərdəndir. Bu yöndə mütəmadi olaraq mühüm addımlar atılır. Dövlət - din münasibətlərinin qorunması, inkişafı, tolerantlıq mühitinin səmərəli şəkildə davamiyyəti, mənəvi dəyərlərin yaşadılması dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Tolerantlığın inkişafı üçün müvafiq addımlar atılır, səmərəli işlər görülür. Eyni zamanda ölkədə dini qurumların səmərəli və sağlam fəaliyyəti üçün hər il dövlət maliyyə yardımı göstərir, Prezident bununla bağlı müvafiq Sərəncam imzalayır: “Bu il də eyni qaydada yenə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifçilik işinin müasir tələblərə uyğun aparılması, eyni zamanda mənəvi-əxlaqi dəyərlərin təbliğinin gücləndirilməsi məqsədi dini qurumlara maddi vəsait ayrılacaq. Hesab edirəm ki, bu bir çox yöndən müsbət haldır. Dini qurumların, dini konfessiyaların xarici təsirlərə düşməməsi, asılı olmaması üçün fəaliyyət göstərdiyi dövlətin yardımını alması labüddür. Tolerantlığın inkişafı, dinlərarası münasibətlərin, həmrəyliyin, harmoniyanın sağlam formada yaşadılması naminə dini qurumlara dəstək lazımdır. Eyni zamanda dövlət - din münasibətlərinin yüksək səviyyədə təşkili, inkişafı, mənəvi - əxlaqi dəyərlərin cəmiyyətə faydalı aşılanması istiqamətində işlərin görülməsi üçün də bu önəmlidir. Dövlət başçısının dövlət - din siyasəti dünyada nümunə olacaq nəticələr verməkdədir. Artıq Azərbaycandakı dini tolerantlıq nümunələri başqa ölkələrin məktəbinə çevrilir, öyrənilir. Dinlər və məzhəblərarası tolerantlıq, ümumbəşəri - insani dəyərlər, humanizm, mənəvi - əxlaqi irsimizin bəxş etdiyi ənənələrlə vəhdət təşkil edərək müasir formatda bir nümunə meydana gətirir. Bir çox yönlərdən dini qurumlara göstərilən bu qayğı, diqqət, maddi dəstək hesab edirəm ki, öz faydasını verir və gələcəkdə də daha səmərəli işlərin görülməsinə vəsilə olacaqdır. Ancaq gərək dini qurumlar da bu vəsaiti səmərəli şəkildə istifadə etsinlər, dövlətə xidmət etsinlər. Doğrudur, bu bir yardımdır. Ölkədə din dövlətdən ayrıdır. Ancaq dini konfessiyaların da borcudur ki, dövlətin onlara yaratdığı münbit şəraiti, verdiyi önəmli dəstəyi dəyərləndirsin. Dini qurumlar xalqımızın vəhdətinə, həmrəyliyinə, dəyərlərin yaşadılmasında xidmət etməlidir. Multikultural dəyərlərin sınaqdan çıxmış ənənələrini hər zaman diri saxlamağa çalışmalı, tolerantlığımızın dünyaya nümunə olan formatını daha da təkmilləşdirəcək addımlar atmalıdır. Dinlər və məzhəblərarası münasibətlərin sağlamlaşmasına, dilaloq mühitinin davamiyyətinə, ümumilikdə dövlət - din münasibətlərinin öz qaydasında inkişafına çalışan dini qurumlar üçün bu vəsaitin böyük rolu olduğunu düşünürəm. Millətlərarası münasibətlər, mədəni-mənəvi əlaqələr hər zamanki kimi sıxdır və tolerantlıq şəraitində daha da inkişaf etməkdədir”.

Millət vəkili Fazil Mustafanın fikrincə, Azərbaycanda dini tolerantlıq məsələsində dövlət siyasəti kifayət qədər aydındır və cəmiyyətin böyük əksəriyyəti bu siyasətə uyğun davranır. Bu yanaşma təkcə dövlətin mövqeyi deyil, bilavasitə cəmiyyətin özündən qaynaqlanan bir istəkdir. İnsanlar dini və milli zəmində qarşıdurmaların yaşanmasını istəmir və bu mövqe bundan sonra da sabit xətt olaraq qalacaq.

Onun sözlərinə görə, xaricdən idarə olunan müəyyən elementlər mövcuddur ki, onlar dini və milli tolerantlığa qarşı təbliğat aparmağa çalışırlar. Lakin bu cəhdlər cəmiyyət tərəfindən qəbul edilmir: “Dövlət həm dini, həm də milli dəyərlərin qorunmasını, eyni zamanda insanların inanc və vicdan azadlığı çərçivəsində sərbəst yaşamasını təmin edir. Azərbaycanda hər kəs öz dini inancını siyasiləşdirmədən yaşaya bilər. Eyni zamanda, hər bir vətəndaş milli kimliyinə aid olan mədəni komponentləri sərbəst şəkildə mənimsəyə və yaşada bilər. Dövlət bu prosesə müdaxilə etmir, lakin bu mövzuları kənar qüvvələrin təsiri ilə problemə çevirmək istəyənlər qanun qarşısında cavabdeh olurlar və bundan sonra da olacaqlar”.

Deputat vurğulayıb ki, Azərbaycan bütöv və bölünməz dövlətdir və dövlətin bütün məsələlərə baxışı məhz bu bütövlüyün qorunmasına yönəlib: “Bu yanaşma eyni zamanda ölkədə dini və milli tolerantlığın, eləcə də sağlam ictimai münasibətlərin qorunması deməkdir”.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Yanvar 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see216

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see216

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see177

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see160

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see151

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see149

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see141

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see140

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see139

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see137

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri