Azərbaycandakı Türkiyə bankı 9 milyon manat qazandı
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ölkə.az” xəbər verir ki, sözügedən dövrə bankın cəmi aktivləri 1 mlrd 8 mln 938 min manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,5% çoxdur. Bankın müştərilərə verilmiş kreditlərinin həcmi isə illik müqayisədə 29,7% artaraq 563 mln 171 min manat təşkil edib.
Bankın cəmi öhdəlikləri isə illik olaraq 62,7% artaraq 872 mln 496 min manata çatıb. Həmçinin bu dövrdə müştərilərə verilən depozitlərin həcmində də artım müşahidə olunub. Belə ki, depozit portfelinin həcmi son bir ildə 43,6% artaraq 30 sentyabr tarixinə 630 mln 603 min manat olub. Depozit portfelində fiziki şəxslərin əmanətləri 105 mln 468 min manat, şirkətlərin depozitləri 525 mln 134 min manat təşkil edib.
Cari ilin üçüncü rübünün yekununda “Yapı Kredi Bank”ın cəmi kapitalı 136 mln 441 min manat olub ki, bu da illik müqayisədə 12,7% çoxdur.
Sözügedən dövrdə “Yapı Kredi Bank”ın faiz gəlirləri 51 mln 781 min manat, faiz xərcləri 19 mln 307 min manat, qeyr-faiz gəlirləri 24 mln 347 min manat, qeyri-faiz xərcləri isə 38 mln 83 min manat olub. Bank mümkün zərərlər üçün ehtiyatların yaradılmasına 6 mln 970 min manat ayırıb və mənfəətindən 2 mln 521 min manat vergi ödəyib. Nəticədə, bank cari ilin ilk rübünü 9 mln 246 min manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” QSC 2000-ci il yanvarın 11-də "Koçbank Azərbaycan LTD" adı ilə fəaliyyətə başlayıb. 2005-ci ilin sentyabrında Türkiyədəki "Yapı Kredi Bankası A.Ş." "Koç Maliyyə Xidmətləri" ailəsinə daxil olduğundan "Koçbank Azərbaycan LTD" 2007-ci ildən “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə fəaliyyətini davam etdirib.
Könül Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 12 Oktyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















