Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

AZƏRBAYCANDAKI “YENİLMƏZ” RUSİYA ŞƏBƏKƏSİ Onun sıraları Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşırmı?

AZƏRBAYCANDAKI “YENİLMƏZ” RUSİYA ŞƏBƏKƏSİ Onun sıraları Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşırmı?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıdakı “Rus Evi”-nin bağlanması və Azərbaycan-Rusiya münasibətlərində məlum səbəblərdən yaranan gərginlik fonunda mediamızda Azərbaycandakı Rusiya şəbəkəsinə dair məlumatlar yayımlandı. Həmin məlumatlarda qeyd edilirdi ki, çox yüksək ranqlı məmurlardan ibarət olan şəbəkə üzvləri vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışaraq, yeyib-içmək məclisləri təşkil edib, toplantılar keçiriblər. 

Hətta şəbəkənin Moskvadan təyin olunmuş və tez-tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunduğu da qeyd edilib. Şəbəkəyə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi, onun üzvləri arasında sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun olduğu iddia edilir.


Bu məlumatın ətrafında yaşanan müzakirələrdə önə çəkilən faktorlardan biri sözügedən şəbəkənin yalnız yuxarıda adı keçən şəxslərlə məhdudlaşmaması, daha geniş tərkibdə olmasıdır. Onun tərkibində Baş nazirin müavini Yaqub Eyyubov başda olmaqla, bir çox iri ranqlı məmurların və deputatların olduğu iddia edilir. Təbii ki, bu iddialar əsassız və məntiqsiz sayıla bilməz. Bəziləri hətta siyahıda yalnız Ramiz Mehdiyev və bir neçə sabiq nazirin adının çəkilməsini hazırda vəzifədə olan və olmayan digər şəbəkə üzvlərinin diqqətdən kənarda saxlanmasına, yayındırılmasına xidmət etdiyini iddia edirlər. Əslində, bu iddia da məntiqsiz görünmür…

Hazırda vəzifədə olan, yaxud sabiq yüksək ranqlı məmurların Rusiya şəbəkəsilə əlaqələrini şərtləndirən əsas göstəricilərdən biri bu şəxslərin təkcə Rusiya elitasındakı siyasi və digər əlaqələri, Kremlin onları mükafatlandırması, orden-medal verməsi və s. deyil, həm də onların Rusiyada iri bizneslərinin, iqtisadi maraqlarının olmasıdır. 

Bu baxımdan diqqət cəlb edən şəxslərdən biri də Azərbaycan parlamentinin sabiq sədri Oqtay Əsədovdur. Onun da zaman-zaman Rusiya ilə əlaqələrinə dair mediada müxtəlif iddialar yer alıb. Həmçinin, O.Əsədovun sabiq MTN naziri Eldar Mahmudovla sıx əlaəqdə olduğu, hətta onun şəxsi agentlərindən biri olduğu barədə iddialar var.


Qeyd edək ki, məhz Mahmudovun “vurulmasından” sonra Əsədovun da ulduzu sönməyə başladı və qısa müddət sonra onun da siyasi karyerası sona çatdı. Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsini tutub. 2000-ci ildə keçirilən növbədənkənar parlament seçkisin deputat mandatı qazansa da, sədr postuna seçilməyib.

Oqtay Əsədov Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçrilən növbədənkənar VII qurultayında İdarə Heyətinə də düşməyib. Həmçinin 1 sentyabr 2024-cü il tarixli növbədənkənar parlament seçkilərində hakim partiya tərəfindən namizədliyi irəli sürülməyib.

Lakin Əsədov Azərbaycanın siyasi elitasından uzaqlaşdırılsa da, böyük biznesləri, xüsusilə də Rusiyadakı biznesi, iqtisadi maraqları qalmaqdadır. Məlum olduğu kimi, Rusiyada Oqtay Əsədovun xanımı Zemfira Əsədovanın adına “Arizarum Qrup” adlı şirkət var. 3 il əvvəl mətbuatda gedən məlumatlardan aydın oldu ki, Zemfira Əsədova həm də Moskvanın Bakı küçəsində yerləşən striptiz kluba sahibdir. Hətta Moskva polisinin “Kapriz” adlı həmin klubda narkotik alverinə qarşı xüsusi əməliyyat keçirdiyi də bildirildi. Bu klub Z.Əsədovanın adına olan “Arizarum Qrup”-un balansında olub.

Rəsmi mənbələrdə Rusiyada fəaliyyət göstərən "Arizarum Qrup” şirkətinin (ООО "АРИЗАРУМ ГРУПП" – 7705176856) təkcə 2023-cü ildə əldə etdiyi gəlir 14 milyon 270 min rubl (260 min manat) göstərilir. Təbii ki, Rusiyadakı Azərbaycandan heç də geri qalmayan iqtisadi mühiti, korrupsiyalaşma səviyyəsini nəzərə alsaq, rəsmi gəlirlər real gəlirlərdən dəfələrlə az göstərilə bilər. Bu baxımdan təbii ki, Əsədovun Rusiyadakı iqtisadi maraqları, mülkiyyəti və gəlirləri rəsmi rəqəmlərdə qeyd olunanlardan qat-qat artıq ola bilər.

Ya da olsun hazırkı Baş nazirin müavini Yaqub Eyyubov. Hələ 2014-cü ildə onun Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasındakı çıxışını xatırladaq: “Yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək… Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək”.

Bunu hansısa rəsmi Kreml təbliğatçısı yox, 25 ildir Azərbaycanın Baş nazirinin müavini vəzifəsini tutan şəxs deyir. Bununla yanaşı, Eyyubovun bir çox dünya ölkələrində, o cümlədən Rusiyada biznesi və iqtisadi maraqlarının olması barədə mediada məlumatlar dərc edilib. Rusiyanın “Proyekt” nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkinin Yaqub Eyyubovla şəxsi əlaqələrinə dair araşdırma da dərc edib. Həmin materialda Narışkinin Eyyubovun Moskvada iri biznesi olan qudası - iş adamı Elman Bayramovla dostluq münasibətindən söz açılır…


Ümumiyyətlə, bir iri Azərbaycan məmurunun, hətta parlament sədri kimi yüksək strateji post tutan şəxsin xarici ölkədə, xüsusilə də Rusiya kimi bir ölkədə böyük biznesə sahib olması normal dövlətin təhlükəsizliyi üçün qəbuledilməzdir, nonsensdir. Məsələn, təsəvvür etmək olarmı ki, Türkiyə parlamentinin sədrinin Fransada, yaxud Yunanıstanda böyük biznesi olsun? Əlbəttə ki, yox!

Ancaq təəssüf ki, Azərbaycan reallıqları, Eldar Mahmudov kimisinin zamanında ölkəmizin milli təhlükəsizliyinə rəhbərlik etməsi fonunda bu cür anormal faktlar adi hal alıb.

Bir sözlə, ölkəmizdəki Rusiya şəbəkəsi, rus yumşaq gücü, təsir agenturası və s. əlbəttə ki, bir Ramiz Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşmır.

Onu da qeyd edək ki, elə indinin özündə də nəinki sabiq, hətta hazırda vəzifədə olan və Rusiyada böyük bizneslərə malik çoxlu sayda məmur və depuatat olmamış deyil. Bu isə həmin şəxsləri avtomatik olaraq Rusiya xüsusi xidmət orqanlarının “yeminə” və Azərbaycandakı Rusiya şəbəkəsinin potensial üzvünə çevirir. Onların Rusiyadakı iqtisadi maraqları və digər əlaqələrinə son qoyulmayınca, bu təhlükə qalacaq…

C.Məmmədov

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Fevral 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri