Azərbaycandan 23,5 milyon ədəd siqaret çıxarılıb Hara getdiyi bilinmir
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Bu ilin ilk 7 ayı ərzində Azərbaycan xarici ölkələrə 31 milyon 80,1 min dollar dəyərində 1 milyard 912,2 milyon ədəd tərkibində tütün olan siqaretlər ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan siqaretlərin miqdarı 532,7 milyon ədəd və ya 37,6% artıb.
Qeyd edək ki, xaricə satılan siqaretin bir qutusunun (20 ədəd) orta gömrük dəyəri 32,5 sent (55 qəpik) olub.
Azərbaycandan siqaret ən baha qiymətə Türkmənistana, ən ucuz qiymətə isə Suriyaya ixrac olunub. Türkmənistana göndərilən siqaretin bir qutusunun orta gömrük dəyəri 2,86 manat, Suriyaya göndərilən siqaretin bir qutusunun orta gömrük dəyəri isə 0,24 manat olub.
Bunlardan başqa, 23,5 milyon ədəd siqaretin hansı ölkəyə ixrac olunduğu açıqlanmayıb.
Bu ilin ilk 7 ayında Azərbaycan siqaretləri aşağıdakı ölkələrə satıb:
Gürcüstan – 1 milyard 659,45 milyon ədəd (bir qutusunun (20 ədəd) orta gömrük dəyəri 0,59 manat);
Qazaxıstan – 110 min ədəd (2,1 manat);
Qırğızıstan – 155,23 milyon ədəd (0,33 manat);
Özbəkistan – 27,02 milyon ədəd (0,26 manat);
Oman – 36,85 milyon ədəd (0,26 manat);
Suriya – 10 milyon ədəd (0,24 manat);
Türkmənistan – 10 min ədəd (2,86 manat);
Ölkə təyin olunmayıb – 23,51 milyon ədəd (0,42 manat).
Elnur Əli
Bu mövzuda digər xəbərlər:1884 əcnəbi Azərbaycandan çıxarılıb
15 Yanvar 2026 17:51
429 əcnəbi Azərbaycandan çıxarılıb DMX
06 Oktyabr 2025 10:03
Ötən ay 132 əcnəbi Azərbaycandan çıxarılıb
13 Avqust 2026 12:39
DMX: 700 yə yaxın əcnəbi Azərbaycandan çıxarılıb
20 May 2025 10:50
Ötən il 67 ölkənin vətəndaşı Azərbaycandan çıxarılıb
26 Yanvar 2026 15:25
Baxış sayı:188
Bu xəbər 16 Sentyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















