Azərbaycandan Gürcüstana 4 min dollara yaxın pul köçürüldü
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən ay Azərbaycandan Gürcüstana 3,89 min ABŞ dolları pul köçürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.
İllik müqayisədə pul köçürmələrinin həcmi 7,80% azalıb. Dekabr ayında Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrin ümumi köçürmələrdəki payı 1,36%-ə bərabər olub.
Hesabat ayında Gürcüstandan Azərbaycana isə 4,79 min ABŞ dolları daxil olub ki, bu da illik müqayisədə 33% çoxdur.
Dekabrda Gürcüstana xarici ölkələrdən göndərilən pul köçürmələrinin ümumi həcmi 285,39 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni göstəricisindən 8,2% azdır. Gürcüstandan isə xarici ölkələrə 34,8 milyon ABŞ dolları köçürülüb ki, bu da illik müqayisədə 7,6% çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















