Azərbaycandan ixrac edilən qeyri neft sektoruna aid malların siyahısında qızıl birinci olub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (238 milyon dollar) birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, bu siyahıda pomidor (tomat) (157,2 milyon dollar) ikinci, pambıq lifi (134,7 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Bu ilin sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (27,4 milyon dollar) birinci olub. Bu siyahıda karbamid (17,1 milyon dollar) ikinci, meşə fındığı (12,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin doqquz ayında Rusiya Federasiyasına 878,9 milyon dollar, Türkiyəyə 435,8 milyon dollar, İsveçrəyə 247,8 milyon dollar, Gürcüstana 244,8 milyon dollar, Ukraynaya isə 147,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Sentyabr ayında Rusiya Federasiyasına 64,8 milyon dollar, Türkiyəyə 41,1 milyon dollar, Gürcüstana 28,4 milyon dollar, İsveçrəyə 27,7 milyon dollar, Ukraynaya isə 15,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 31 Oktyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















