“Real Madrid”in sabiq futbolçusu “Atletiko”nun transfer hədəfindədir
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Madrid “Atletiko”su “Mançester Siti”nin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiçi heyətinə qatmaq istəyir.
İdman.Biz xəbər verir ki, İspaniya klubunun baş məşqçisi Dieqo Simeone mövsümün ikinci yarısı öncəsi komandanın yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
Enzo Mareskanın rəhbərliyi altında müntəzəm oyun təcrübəsi qazana bilməyən 32 yaşlı futbolçu qış transfer pəncərəsində İngiltərə klubundan ayrıla bilər. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.
İnsayder Ekrem Konurun məlumatına görə, İtaliyanın “Napoli” klubu da xorvatiyalı futbolçunun vəziyyətini yaxından izləyir.
Daha əvvəl “Real Madrid”in formasını geyinmiş Kovaçiçin “Mançester Siti”dən ayrılmağa və İspaniyaya qayıtmağa müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, İspaniya çempionatının son turunda “Xetafe”ni 3:0 hesabı ilə məğlub edən “Atletiko” lider “Barselona”dan beş xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 Noyabr 2026 07:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















