Icma.az
close
up
RU
Azərbaycandan rəsmi dəvət gözləyirik

Azərbaycandan rəsmi dəvət gözləyirik

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı Təmsilçisi, Ufuk Turqanər Azərbaycanla diplomatik, siyasi, iqtisadi, mədəni, təhsil, turizm və bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsini hədəflədiklərini bildirib.

Modern.az xəbər verir ki, Turqanər AA müxbirinə ŞKTC–Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və gələcək gözləntilərini dəyərləndirib:

"Qardaş ölkə Azərbaycanla münasibətlərə böyük önəm verdiklərini vurğulayan Turqanər, iki ölkə arasındakı əlaqələrin yüksələn və inkişaf edən bir xətt üzrə irəliləməsindən böyük məmnunluq duyduqlarını qeyd edib".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ŞKTC-yə və Kipr Türk xalqına verdiyi dəstəyin son dərəcə önəmli olduğunu xüsusi olaraq qeyd edən Turqanər bildirib ki, dövlət başçılarının dəstəyi münasibətlərin inkişafına mühüm töhfə verir:

“Dövlət başçılarının bizə verdiyi tapşırıqlar var. Biz də bu istiqamət çərçivəsində ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün çalışırıq”, – deyə o əlavə edib.

Azərbaycan–ŞKTC münasibətləri baxımından 2025-ci ilin olduqca məhsuldar keçdiyini vurğulayan Turqanər, Türk Dövlətləri Təşkilatının (TDT) Azərbaycanda təşkil olunan tədbirlərində ŞKTC-li nazirlərin iştirak etdiyini bildirib. O qeyd edib:

“Diplomatik, siyasi, iqtisadi, mədəni, təhsil, turizm və bütün sahələrdə münasibətlərimizi daha da irəli aparmağı hədəfləyirik. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, ‘Ailəmiz Türk dünyasıdır’ və biz bu ailəyə böyük önəm veririk. Türk dünyası ailəsinin ayrılmaz parçası olan Kipr Türk xalqının buradakı nümayəndələri olaraq 2026-cı ildə də bütün gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik. İki qardaş ölkə arasındakı münasibətlərin daha da irəliləməsi üçün çalışacağıq.”

“Türk Dövlətləri Təşkilatına böyük önəm veririk”

Turqanər ana Vətən Türkiyə və qardaş ölkə Azərbaycanın şərtsiz dəstəyi sayəsində TDT-yə müşahidəçi üzv olduqlarını xatırladaraq deyib:

“TDT-yə böyük önəm veririk. TDT özümüzü ifadə etmək və haqlı davamızı bir daha Türk dünyasında səsləndirmək üçün mühüm platformadır.”

2026-cı ildə Azərbaycanda mədəni tədbirlərə daha çox üstünlük verərək Kipr Türk mədəniyyətinin burada daha yaxından tanıdılmasını təmin edəcəklərini bildirən Turqanər, “Prezidentimiz Tufan Erhürmanın rəsmi dəvət alaraq Azərbaycana səfər etməsi gözləntilərimiz arasındadır. Eyni zamanda, ŞKTC Cümhuriyyət Məclisinin sədrinin Azərbaycan Milli Məclisinin sədri tərəfindən dəvət olunması da bizim üçün böyük əhəmiyyət daşıyır”, – deyə qeyd edib.

Serdar Şengül 

Kaynak AA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri