Icma.az
close
up
RU
Azərbaycandan sonra Gürcüstanın atdığı addım AŞPA ya böyük zərbə oldu deputat

Azərbaycandan sonra Gürcüstanın atdığı addım AŞPA ya böyük zərbə oldu deputat

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycanın bir il öncə AŞPA ilə bağlı verdiyi qərarın haqlı olduğu bir daha təsdiqləndi. Ölkəmizə qarşı qərəzli siyasət aparan və bir neçə dövlətin maraqlarına xidmət edən bu qurum yeni üzvlərə təzyiq göstərmək üçün vasitəyə çevrilib. AŞPA-nın milli maraqlara və dəyərlərə hörmət etmədən siyasi iradəni basqı altına almaq siyasəti iflasa uğrayır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, 2024-cü ilin yanvarında etimadnaməsi ratifikasiya edilməyən Azərbaycan nümayəndə heyəti haqlı olaraq AŞPA ilə əlaqələrini dayandırdı: “AŞPA özünü qanunlardan üstün tutaraq erməni separatçıları siyasi məhbus kimi qələmə verir. Halbuki Avropanın özündə siyasi motivlərlə həbs edilən liderlər var. Fransada və İspaniyada azadlıq tələb edən azlıqlara təzyiqlər göstərilir. Lakin AŞPA bu halları görməzdən gəlir, Azərbaycanla bağlı qərəzli qərarlar qəbul edir”.

Mehriban Vəliyeva vurğulayıb ki, AŞPA eyni yanaşmanı Gürcüstana da tətbiq edir: “Gürcüstanda son seçkilərin nəticələrini həzm etməyən Avropa təkrar seçki tələbi irəli sürüb. Bu, Gürcüstanın milli iradəsinə hörmətsizlikdir. Buna görə də Gürcüstan AŞPA-dan çəkilmə qərarı verdi. Beləliklə, iki qonşu dövlətin eyni addımı atması AŞPA-nın siyasətinin iflasa uğradığını göstərir”.

Deputat bildirib ki, AŞPA-nın qərəzli siyasəti yenilik deyil. 44 günlük Vətən müharibəsindən sonra da bu qurum Azərbaycanı hədəf almağa başlamışdı: “Ermənistanın kapitulyasiya aktını imzalamasını həzm edə bilməyənlər Azərbaycanı qaralama kampaniyasına başladılar. Onların “insan haqları”, “siyasi məhbuslar” kimi ifadələri siyasi vasitədir. Qərb həqiqətə obyektiv yanaşmaq istəyirsə, niyə 30 il haqqı tapdanan azərbaycanlıların səsini eşitmədi? Azərbaycan öz müstəqil siyasətini qoruyub saxlayacaq. Bizi bu cür kampaniyalarla yolumuzdan döndərmək mümkün deyil. Biz demokratiya və insan haqları sahəsində obyektiv dialoqa daim hazırıq. Lakin bu dialoq qərəzli yanaşmalar deyil, ədalət üzərində qurulmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri