Icma.az
close
up
RU
“Gürcüstanın da bu addımı atması AŞPA ya böyük zərbə oldu” Mehriban Vəliyeva

“Gürcüstanın da bu addımı atması AŞPA ya böyük zərbə oldu” Mehriban Vəliyeva

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycanın bir il öncə AŞPA ilə bağlı verdiyi qərarın ədalətli olduğu bu gün bir daha öz təsdiqini tapır. Ölkəmizə qarşı qərəzli olan, bir-iki xristian dövlətin əlində rupora çevrilən bu qurumdan yeni üzvlərə qarşı domokl qılıncı kimi istifadə olunur. AŞPA ölkələrin milli maraqlarına, suverenliyinə, ənənələrinə heç bir hörmət qoymadan özünün istək və arzularını, prinsiplərini qeyd-şərtsiz sırımaq siyasəti ilə məşğuldur. Bu da haqlı olaraq yeni üzv dövlətlərin maraqlarına cavab vermir və narazılıq doğurur. Hər bir dövlətin həqiqi tarixi, milli maraqları və dəyərləri araşdırılmadan, beynəlxalq normalara əsasən hər dövlətə bərabər münasibətdə qərar vermədən beynəlxalq təsisatların öz rolunu qoruyub saxlaması müasir dövr üçün mümkünsüzdür. Çünki informasiya savaşı informasiyaların açıq məkanında baş verir, dünyanın proseslərə aydın baxışı və münasibəti formalaşa bilir. AŞPA köhnə qaydalarla dünyaya hökm edə bilməyəcək. AŞPA-nın qış sessiyasında da biz bunu açıq-aydın görə bildik, qərəzin, qarayaxma kampaniyasının şahidi olduq. Bu cür çirkin siyasət daha çox qurumu gözdən salır, nəinki üzv dövlətləri”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin yanvarında etimadnaməsi ratifikasiya edilməyən Azərbaycanın nümayəndə heyəti haqlı olaraq Assambleya ilə əlaqələri kəsdi və onun işində iştirakdan imtina etdi: “AŞPA özünü qanunlardan daha üstün bir qurum kimi aparır. Əlləri on minlərlə azərbaycanlının qanına batmış həbsdə olan erməni separatçıları siyasi məhbus, əsir kimi qələmə verən avropalı deputatlar onların dərhal azad edilməsini Bakıdan tələb edirlər. Hüquqi nihilizmdən əziyyət çəkən Avropada, konret olaraq, İspaniyada Kataloniya liderləri öz haqlarını tələb etdikləri üçün həbs edildilər, bəziləri ölkədən qaçmalı oldular. İndinin özündə də onlar Madridin təqiblərinə məruz qalırlar. Fransada azadlıq tələb edən etnik azlıqların fəalları döyüldü, öldürüldü, həbsə atıldı. AŞPA Avropa dövlərlərində yaşanan bu cür biabırçılırları müzakirə etmək əvəzinə, Azərbaycanı hədəf seçir. Onlar eyni qərəzli münasibəti hazırda Gürcüstana da sərgiləyirlər. Gürcüstanda keçirilən son seçkilərdə milli qüvvələrin qələbə qazanmasını həzm edə bilməyən Avropa onun nəticələrini tanımaqdan imtina etdi və təkrar seçkilərin keçirilməsini tələb etdi. Bu isə Gürcüstana qarşı açıq-aydın hörmətsizlik, təhqirdir. Məhz buna görə də Gürcüstan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırmaq barədə qərar qəbul etdi. Azərbaycan və Gürcüstana qarşı qərəzli hücumlar və iki qonşu dövlətin buna cavab olaraq qəbul etdiyi qərarlar AŞPA-nın siyasətinin iflasa uğramasını göstərir. Nə Azərbaycan, nə də Gürcüstan AŞPA-da təmsil olunmamaqla heç nə itirməyəcəklər”.

Bəzi avropalı deputatların Azərbaycan və Gürcüstana qarşı haqsızlıq etdiklərini və verilən qərarların Assambleyanın nüfuzdan saldığını bildirən millət vəkili təəssüflə bildirdi ki, AŞPA-da kök salmış ermənipərəst, islamafob və türkfob qruplaşmalar öz çirkin niyyətlərini həyata keçirmək üçün bütün dəyərləri, demokratik prinsipləri tapdalamaqla məşğuldurlar. Avropada özlərini Qafqazın fağır, əzilən xristianları kimi təqdim edən ermənilər ölkəmizə qarşı aparılan çirkin kampaniyanın əsas iştirakçılarıdır. Fransa və Almaniya kimi dövlətlər də onlara dəstək verirlər. AŞPA hər zaman ölkəmizə qarşı qərəzli olublar. Onlar bizimlə ikili qaydalarla əməkdaşlıq ediblər. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra onlar ölkəmizə qarşı açıq kampaniya başlatdılar. Ərazi bütövlüyümüzü təmin etməyimizi, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etməyimizi həzm edə bilmədilər. Bu qələbədən sonra AŞPA-nın yadına düşdü ki, Azərbaycanda “insan haqları” pozulur, “siyasi məhbuslar” var və s. Əslində hər kəsə aydın idi ki, “insan haqları”, “siyasi məhbus” kimi ifadələr hansısa ölkəyə hücum etmək üçün bir silahdır, bəhanədir. İndi onlar “etnik təmizləmə”, “hərbi əsirlər” kimi avantrüst ifadələrdən də istifadə edirlər. Bütün bunlar bizi təəccübləndirmir. Biz müstəqillik əldə etdikdən sonra Qərbin bu kimi riyakar, ikili siyasətlərini çox görmüşük. Qərb ədalətli mövqe sərgiləmək istəyirsə, insan haqları deyərkən 30 il haqqı tapdanan azərbaycanlıların, ermənistandan qovulmuş soydaşlarımızın müdafiəsinə qalxsınlar. Bildiyimizə görə yanvarın 30-da AŞPA-da Azərbaycana qarşı yan tədbir də keçirilib. Bir qrup erməni üzvlərin və jurnalistlərin sapı özümüzdən olan Emin Hüseynov kimilərlə birlikdə AŞPA-da anti-Azərbaycan kompaniyasına şərait yaratmasınlar, çünki 2018-ci ildə Sarkisyanın çıxışlarına cavab olaraq azərbaycanlıların etiraz tədbirinə bina daxilində icazə verilməmişdi. Biz bunları unutmuruq. Məhz bu kimi ikili yanaşmalar onu deməyə imkan verir ki, demokratik yanaşma olmadığından AŞPA-nın demokratiya adı ilə bizi suçlamağa haqqı yoxdur. Avropa ölkələri daxilindəki demokratiyaya baxsınlar. Kifayət qədər görüləsi işləri var. Kiçik azlıqların haqqı tapdanır və bu çox aydın görünür. Bütün hallarda, aparılan çirkin, qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan xarici siyasətində öz müstəqilliyini qoruyub saxlayır, milli maraqlarını hər şeydən üstün tutur. Demokratiya, insan haqları və digər sahələrdə Bakı Qərb dövlətləri ilə açıq, ədalətli dialoqa, müzakirələrə daim hazırdır. Dünya qarşılıqlı hörmət və ədalətli əməkdaşlıqla bir arada ola bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Fevral 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri