Icma.az
close
up
RU
Azərbaycandan Suriyaya qaz tədarükü ikinci mərhələdə 6 milyon kubmetrə çatacaq

Azərbaycandan Suriyaya qaz tədarükü ikinci mərhələdə 6 milyon kubmetrə çatacaq

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan və Türkiyə ikinci mərhələdə Azərbaycan qazının Suriyaya tədarük həcmini gündə 6 milyon kubmetrə çatdırmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar "A Haber" telekanalının efirində bildirib.

O qeyd edib ki, hazırda Suriyaya gündəlik 3,4 milyon kubmetr Azərbaycan qazı tədarük edilir.

"Lakin tədarükün həyata keçirildiyi qaz kəməri gündəlik 6 milyon kubmetr qazın nəqli üçün nəzərdə tutulub. İkinci mərhələdə bu göstəricini 3,4 milyon kubmetrdən 6 milyon kubmetrə qədər artırmağı planlaşdırırıq", - A.Bayraktar deyib.

Nazir qeyd edib ki, bu tədarüklər qrant əsasında deyil, kommersiya əsasında həyata keçirilir.

"Azərbaycandan daxil olan təbii qaz Suriyaya ixrac edilir. Azərbaycan qaz tədarükü ilə bağlı öhdəlik götürüb və onu Suriyaya satır. Türkiyə qazın çatdırılması və nəqlinə görə məsuliyyət daşıyır və müvafiq logistikanı təmin edir. Bundan əlavə, Qətər İnkişaf Fondu bu layihənin maliyyələşdirilməsini təmin edir. Beləliklə, burada müəyyən kommersiya fəaliyyətindən söhbət gedir", - A.Bayraktar bildirib.

O əlavə edib ki, Azərbaycanda hasil olunan qaz Türkiyəyə, BOTAŞ-ın sisteminə daxil olur və bağlanmış mübadilə sazişinə əsasən, Türkiyə bu qazı Suriya-Türkiyə sərhədində, Yavuzlu bölgəsində təhvil verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri