Azərbaycanı ittiham edən politoloq İstanbulda öldü
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Erməni politoloq və “Regional Araşdırmalar Mərkəzi” (RSC) təşkilatının rəhbəri Riçard Giraqosyan İstanbulda vəfat edib.
Turkustan.az xəbər verir ki, bu barədə ermənidilli Agos qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 61 yaşlı ekspert sentyabrın 19-da axşam saatlarında dünyasını dəyişib. Giraqosyan ötən həftə İstanbulda olarkən beyin qanaması keçirib və xəstəxanaya yerləşdirilib. O, uzun müddət reanimasiya şöbəsində müalicə olunub.
Giraqosyan uzun illər ərzində Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ məsələsi ilə bağlı açıqlamaları ilə tanınıb. Onun çıxışlarında Azərbaycanla bağlı sərt və tənqidi mövqelər, xüsusilə Qarabağ məsələsində Bakının siyasətinə qarşı ittihamlar yer alıb.
Politoloq Azərbaycanı Ermənistan üçün təhlükə kimi təqdim edən və Bakı ilə bağlı sərt mövqeyi müdafiə edən ekspertlərdən biri olub.
Giraqosyanın dəfn mərasiminin Ermənistanda keçiriləcəyi bildirilir./modern.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 21 Sentyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















