Icma.az
close
up
RU
Azərbaycanı mühüm tərəfdaş kimi görürük İnqa Ruqiniene

Azərbaycanı mühüm tərəfdaş kimi görürük İnqa Ruqiniene

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Litva Respublikasının Baş naziri İnqa Ruqinienenin APA-ya müsahibəsi

Litva Avropa İttifaqını Azərbaycanla iqtisadi əməkdaşlığı daha da genişləndirməyə təşviq edir

– Xanım Baş nazir, Cənubi Qafqazda regional bağlantı layihələrinin irəlilədilməsində Avropa İttifaqının maliyyə və ya texniki dəstəyinin artırılması potensialını necə görürürsünüz?

– Litva Cənubi Qafqazda regional əlaqələri və iqtisadi əməkdaşlığı gücləndirən təşəbbüslərə müsbət yanaşır. Eyni zamanda, bizim yanaşmamız daha genişdir – biz yalnız ayrı-ayrı infrastruktur layihələrini deyil, həm də Azərbaycanla praktik iqtisadi əlaqələrin ümumi inkişafını dəstəkləyirik. Azərbaycanı müxtəlif regionları birləşdirən mühüm tərəfdaş kimi görürük. Litva Avropa İttifaqını nəqliyyat, logistika və enerji sahələrində Azərbaycanla iqtisadi əməkdaşlığı daha da genişləndirməyə təşviq edir. Aİ maliyyə alətləri, texniki mütəxəssislik və normativ uyğunlaşdırma vasitəsilə töhfə verə bilər və bununla layihələrin dayanıqlı və etibarlı olmasına kömək edə bilər. Biz regional konnektivliyin inkişaf etdirilməsində, xüsusilə də daha geniş iqtisadi dayanıqlılıq və şaxələndirməyə töhfə verdiyi hallarda, Aİ-nin iştirakının artırılması üçün potensial görürük.

Avropa İttifaqı da daxil olmaqla, bütün tərəfdaşlar uzunmüddətli sabitliyin qorunmasına töhfə verməlidirlər

– Rəsmi Vilnüs Azərbaycan və Ermənistan arasında normallaşma prosesində hazırkı irəliləyişi necə qiymətləndirir?

– Litva son dövrlərdə əldə olunan irəliləyişi müsbət qiymətləndirir və Azərbaycanla Ermənistanın ABŞ-ın dəstəyi və Prezident Donald Trampın liderliyi ilə sülh sazişinin paraflanmasına nail olmasını alqışlayır. Bu, bütün region üçün mühüm bir addımdır. Əsas prioritet indi bu sülhün davamlı olmasını təmin etməkdir. Biz hesab edirik ki, Avropa İttifaqı da daxil olmaqla, bütün tərəfdaşlar uzunmüddətli sabitliyin qorunmasına töhfə verməlidirlər. Litva dialoqun təşviqi, etimadın qurulması və praktiki əməkdaşlıq vasitəsilə həm ikitərəfli əsasda, həm də Aİ çərçivəsində bu prosesi dəstəkləməyə hazırdır.

Litva Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı vacib hesab edir

– Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz? Azərbaycanın Aİ-nin enerji diversifikasiyası strategiyasında rolu daha da gücləndirilə bilərmi?

– Litva Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı vacib hesab edir və burada hələ də reallaşdırılmamış böyük potensialın olduğunu düşünür. Biz inanırıq ki, bu tərəfdaşlıq enerji, nəqliyyat, ticarət, innovasiya və “yaşıl keçid” də daxil olmaqla, müxtəlif sahələrdə daha da genişləndirilə bilər. Azərbaycan artıq Avropa İttifaqının enerji diversifikasiya strategiyasında mühüm rol oynayır. Mövcud geosiyasi şəraitdə etibarlı və şaxələndirilmiş enerji təchizatı Avropa üçün strateji əhəmiyyət daşıyır.

Gələcəyə baxdıqda, biz bu tərəfdaşlığın təkcə ənənəvi enerji sektorlarında yox, həm də “yaşıl enerji”, texnoloji əməkdaşlıq və infrastrukturun inkişafı sahələrində gücləndirilməsi üçün imkanlar görürük. Məqsədimiz daha şaxələndirilmiş, dayanıqlı və qarşılıqlı faydalı bir tərəfdaşlıq qurmaqdır.

Litva Yaxın Şərqdə baş verən prosesləri diqqətlə izləyir

– Yaxın Şərqdəki mövcud vəziyyət, xüsusilə ABŞ-la İsrailin İranla müharibəsi Litvaya və ümumilikdə Avropa İttifaqına hansı təsirləri göstərib?

– Litva Yaxın Şərqdə baş verən prosesləri diqqətlə izləyir və mövcud vəziyyəti beynəlxalq sabitlik üçün ciddi bir çağırış kimi qiymətləndirir. Ümid edirik ki, İranın iştirak etdiyi münaqişə mümkün qədər tez bir zamanda siyasi və diplomatik yollarla həll olunacaq. Bu cür münaqişələr enerji bazarları, təchizat zəncirləri və investisiya mühiti daxil olmaqla qlobal iqtisadiyyata birbaşa təsir göstərir. Bu isə qaçılmaz olaraq Litva da daxil olmaqla, Avropa İttifaqına təsir edir. Buna görə də biz gərginliyin tez bir zamanda azaldılmasında və davamlı sülhün əldə olunmasında maraqlıyıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Aprel 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri