Şəhid anası faciəvi şəkildə öldü Foto
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “Gencexeber”ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi “Lada Niva” markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb.
Qəza zamanı avtomobildə sərnişin qismində olan Todan kənd sakini 64 yaşlı Naqilə Həsənəliyeva ağır xəsarət alıb.
O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Bildirilir ki, hadisə zamanı avtomobilin sürücüsü maşını saxlayaraq sükan arxasından enibmiş. Bu zaman nəqliyyat vasitəsi enişə doğru sürüşməyə başlayıb və sürətlənərək dərəyə yuvarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Naqilə Həsənəliyeva Birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.
Xatırladaq ki, Həsənəliyev Sirac Qulu oğlu 1986-cı ildə anadan olub. O, cəmi 6 yaşında olarkən Goranboy rayonunun Todan kəndində həyətdə oynadığı zaman erməni qüvvələrinin atdığı top mərmisinin partlaması nəticəsində şəhid olub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Noyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















