Icma.az
close
up
RU
Mən əvvəllər də Bakıda olmuşam İnqa Ruqiniene

Mən əvvəllər də Bakıda olmuşam İnqa Ruqiniene

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Litva energetika, kənd təsərrüfatı, müdafiə və təhsil sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a müsahibəsində Litvanın Baş naziri İnqa Ruqiniene bildirib.

“Dünən kifayət qədər dolğun gün oldu: Prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşlərdə ciddi müzakirələr apardıq. Bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşüm planlaşdırılıb. Şadam ki, (dünənki görüşlərdə) çoxlu ortaq nöqtələr tapdıq və müdafiə, təhsil və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün imkanlar gördük. Biz, həmçinin kənd təsərrüfatı və energetika sektorunun gücləndirilməsi imkanlarını da müzakirə etdik”, – o bildirib.

Baş nazir əlavə edib ki, Azərbaycan Avropaya enerji resurslarının etibarlı tədarükü üçün səy göstərir.

Ruqiniene Bakı ilə Vilnüs arasında əməkdaşlığın qorunub saxlanacağına və inkişaf edəcəyinə, hər iki ölkə üçün konkret və əhəmiyyətli nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu deyib.

Ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə kömək edən mexanizmlərdən biri haqqında danışarkən hökumət başçısı hökumətlərarası komissiyadan bəhs edib.

“Biz (Azərbaycan tərəfi ilə) razılaşdıq ki, Litvaya qayıtdıqdan sonra nazirlərə buradakı (Azərbaycandakı – red.) həmkarları ilə ikitərəfli əlaqələr qurmağı tapşıracağam. Onlar görüşməli, təcrübə mübadiləsi aparmalı, bir-birlərini necə dəstəkləyə biləcəklərini və hansı istiqamətlərdə inkişafın mümkün olduğunu müzakirə etməlidirlər. Bundan sonra biz hökumət nümayəndə heyətlərinin görüşü haqqında danışa bilərik”, – o əlavə edib.

Ruqiniene vurğulayıb ki, bu, onun Azərbaycana birinci səfəri deyil, lakin Litvanın Baş naziri qismində ilk səfəridir.

“Bu mənim baş nazir kimi Azərbaycana ilk səfərimdir. Mən əvvəllər də Bakıda olmuşam. Buna görə də bura yenidən qayıtmağıma, gülərüzlü, səmimi insanları görməyimə çox şadam. Mən Bakıya əvvəlki səfərlərimi və ölkəmə qayıdarkən özümlə apardığım xoş hissləri xatırlayıram. İndi də deyə bilərəm ki, Bakı dəyişməyib – insanlar əvvəlki kimi səmimi, gülərüz və çox istiqanlıdırlar”, – o bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Aprel 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri