Icma.az
close
up
RU
Azərbaycanı xilas edən, erməniləri sevindirən qərar: İrəvanlı deputatlar qarşı çıxdı, lakin...

Azərbaycanı xilas edən, erməniləri sevindirən qərar: İrəvanlı deputatlar qarşı çıxdı, lakin...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür. Hər il olduğu kimi bu dəfə də 1918–1920-ci illərdə yaşanan tarixi proseslər, xüsusilə İrəvanın Ermənistana verilməsi məsələsi ictimai və akademik müzakirələrin mərkəzindədir.

1918-ci ilin mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə İrəvan şəhəri ermənilərə güzəştə gedildi. Nəticədə bu şəhər Erməni Milli Şuralarının mərkəzi oldu və Ermənistan dövləti quruldu. Bu addım bir çox tarixçilər tərəfindən çətin və mürəkkəb hərbi-siyasi şəraitdə atılmış diplomatik kompromis və mövcudluq güzəşti kimi qiymətləndirilir.

AXC Milli Şurasını bu qərarı verməyə vadar edən şərtlər nə idi? İrəvanın təhvil verilməsinin arxasında hansı həqiqətlər dayanır?

Globalinfo.az-a danışan AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı bildirib ki, Azərbaycanın qədim şəhəri olan İrəvanın Ermənistana verilməsi tarixi faktdır və bu qərar ciddi geosiyasi faktorların təsiri ilə qəbul olunmuşdur:

“1918-ci il mayın 29-da Erməni Milli Şurası Azərbaycan Milli Şurasına müraciət edərək İrəvanın paytaxt kimi onlara verilməsini istədi. Milli Şuranın iclasında məsələ müzakirə olundu və ciddi narazılıqlara baxmayaraq qərar qəbul edildi. İrəvandan olan deputatlar bu qərara qarşı çıxsa da, mövcud vəziyyət və beynəlxalq təzyiqlər fonunda onların etirazları nəzərə alınmadı.

Birinci Dünya müharibəsinin ilk illərində Çar Rusiyası erməni təşkilatlarının mərkəzini İrəvana köçürdü və bu da bölgədə etnik tarazlığı dəyişdirdi. Azərbaycanın müstəqilliyi elan olunarkən Gəncə müvəqqəti paytaxt elan edildi, daimi paytaxt isə Bakı hesab olundu. Gürcüstan Tbilisini təsdiqlədi, Ermənistan isə rəsmi mərkəz kimi qəbul ediləcək bir şəhərə malik deyildi.

Azərbaycan tərəfi o dövrdə sülhü qorumaq və yeni yaradılan dövlətin beynəlxalq legitimliyini təmin etmək üçün bu qərara razı oldu. Diplomatiya, əslində, mümkün olanı reallaşdırmaq sənətidir”.


Musa Qasımlı

Deputat bildirib ki, o gün bu məsələ həll olunmasa, gələcəyə ötürüləcəkdi və Cümhuriyyət üçün daha böyük təhdidlər yarada bilərdi:

“İrəvanın Ermənistana verilməməsi fərqli siyasi proseslərin inkişafına gətirib çıxarardı. Amma fakt budur ki, qərar verildi və İrəvan şəhərinin Ermənistanın inzibati mərkəzinə çevrilməsi prosesi də məhz bu siyasi güzəştdən sonra oldu.

Nəticə etibarilə, İrəvan Azərbaycanın tarixi şəhəridir, və onun Ermənistana verilməsi ilə bağlı qərar, istər beynəlxalq sənədlərdə, istərsə də tarixşünaslıqda fakt olaraq qalır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri