Icma.az
close
up
RU
“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 may, AZƏRTAC

Xətai Rayon İcra Hakimiyyəti, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Naxçıvan Rəssamlar Birliyi, Xətai Sənət Mərkəzinin və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə 28 may-Müstəqillik Gününə həsr edilmiş “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, 28 May-Müstəqillik Gününə həsr olunmuş festival çərçivəsində təşkil olunan müsabiqənin sərgiləri mayın 13-dən 16-dək Xətai Sənət Mərkəzində açılıb. Mövzusu güllər olan müsabiqəyə 2 minə yaxın 8-21 yaş arasında Azərbaycan gəncləri ilə yanaşı, ABŞ, Türkiyə, Rusiya, Belarus, Türkiyə, İran, Qazaxıstan, Çin, Peru, Hindistan və Miyanmar vətəndaşları da qatılıb. Bu sərgilərdə 800-ə yaxın əsər nümayiş olunub. Hər yaş qrupu üzrə 10 əsərin müəllifi festivala dəvət alıb.

Xətai Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev müstəqillik tariximizin Zəfər səhifələrindən ətraflı danışıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin edib. Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edib. Dünyada Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın nüfuzu gündən-günə daha da artır. Dünyaya günəş kimi doğan Azərbaycan hazırda tarixi Zəfərinin reallıqları ilə diqqət mərkəzindədir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxış edərək Azərbaycanın zəngin dövlətçilik tarixindən bəhs edib: “Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Günümüzün əsas çağırışlarından biri müasir, müstəqil, qalib Azərbaycan üçün kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırmaqdır. Müstəqillik tariximizi vərəqlədikcə Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü, eyni zamanda, fəaliyyətinin Naxçıvan mərhələsi xüsusi qeyd olunur. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Dahi şəxsiyyət Heydər Əliyev qayıdışı ilə yeni Azərbaycan qurub yaratdı, onun müstəqilliyini daimi və sarsılmaz etdi.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva vurğulayıb ki, 1993-cü ildən başlanan müstəqillik yolu Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Məhz möhkəm təməl üzərində yaradılan Azərbaycan yeni-yeni hədəflərə, Qələbədən Zəfərə doğru inamla irəliləyir. Son 20 ildən çox dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. Müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün bütün dünya azərbaycanlıları vahid ideya - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdi.

Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, professor, Xalq rəssamı Ağaəli İbrahimov ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına dövlətimiz tərəfindən xüsusi qayğı göstərildiyini bildirib. Diqqətə çatdırıb ki, uşaqların və gənclərin rəssamlığa xüsusi önəm vermələri bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan xalqı yaradıcıdır, ölkəmiz barədə həqiqətləri rənglərin vasitəsilə də dünyaya çatdırmağa xüsusi maraq göstərir.

Tədbir musiqi nömrələri ilə davam edib.

Sonda müsabiqə iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplomla, tutduqları yerlərə görə hədiyyələrlə mükafatlandırılıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri