Icma.az
close
up
RU
Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı MÜHÜM XƏBƏR FOTO

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı MÜHÜM XƏBƏR FOTO

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

6 fevral 2023-cü il zəlzələlərinin mərkəzi sayılan Kahramanmaraşda inşa edilən “Azərbaycan məhəlləsi”ndə işlərin böyük hissəsi tamamlanıb.

Turkustan.az-ın Türkiyə mətbuatına istinadla xəbərinə görə, Kahramanmaraş valisi Mükerrem Ünlüer bildirib ki, məhəllədəki 2778 mənzil və obyektin 600-ü üzrə artıq püşkatma keçirilib.

“Təxminən 2780 mənzildən ibarət böyük bir layihədir. Bunun 780-i Azərbaycan hökuməti, 1998-i isə TOKİ (Mənzil İnşaatı İdarəsi) tərəfindən inşa olunur. Bu, Türkiyə və Azərbaycan hökumətlərinin birgə həyata keçirdiyi bir layihədir. Azərbaycan tərəfi burada ibtidai məktəb və mədəniyyət mərkəzi də inşa edir.

İnşallah, vətəndaşlarımız bayramı yeni evlərində qeyd edəcəklər. Hədəfimiz “Azərbaycan məhəlləsi”ni 6 fevral 2026-cı ilə qədər tamamilə başa çatdırmaq və sahiblərinə təhvil verməkdir”, - deyə vali qeyd edib.

Azərbaycan “Əsrin fəlakəti” adlandırılan 6 fevral 2023-cü il zəlzələlərindən dərhal sonra qardaş Türkiyəyə yardım edən ilk ölkə olub. Azərbaycan axtarış-xilasetmə əməliyyatları ilə yanaşı, humanitar yardımlarla da zərərçəkmişlərin yaralarının sağaldılması üçün böyük səylər göstərib.

Bununla yanaşı, Heydər Əliyev prospekti ilə Azərbaycan bulvarının kəsişdiyi ərazidə həyata keçirilən mənzil layihəsinə 100 milyon dollar maliyyə dəstəyi göstərib. Bu böyük töhfəyə təşəkkür əlaməti olaraq zəlzələdən zərərçəkənlər üçün evlərin tikildiyi əraziyə “Azərbaycan məhəlləsi” adı verilib.

Ərazidə zəlzələ zamanı yüksək itkilər qeydə alındığı üçün ilk növbədə torpağın möhkəmləndirilməsi qərara alınıb. Bu məqsədlə təxminən 1 milyard 100 milyon lirəlik sərmayə ilə torpaq gücləndirmə işləri aparılıb.

29 aprel 2023-cü ildə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən videokonfrans vasitəsilə təməli qoyulan 24 sinifdən ibarət Heydər Əliyev adına ibtidai məktəbin də inşası davam etdirilir.

Hazırda məhəllədəki binaların böyük əksəriyyəti tamamlanıb, digər binaların tikintisi isə sürətlə davam edir. Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi ərazidə yol asfaltlama işlərini həyata keçirir. /musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyun 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri