Azərbaycanın 6 cüdoçusu dünya çempionatında seçilmişlər ARASINDA
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın altı cüdoçusu iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək dünya çempionatında seçilmişlər arasında olacaq.
"Unikal" xəbər verir ki, 73 kq çəki dərəcəsində iki idmançımız seçilmişlərdən olacaq.
Onlardan biri siyahının lideri Olimpiya çempionu Hidayət Heydərov, digəri isə altıncı olan Rəşid Məmmədəliyevdir.
Daha bir Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) də öz çəki dərəcəsində birincidir. Zelim Tçkayev (81 kq) reytinqdə beşinci, Elcan Hacıyev (90 kq) dördüncü, Uşangi Kokauri (+100 kq) isə altıncı seçilmiş idmançı olacaq.
Qeyd edək ki, yüksək reytinqə malik cüdoçular yarışa daha aşağı reytinqli rəqiblərlə qarşılaşma ilə başlayır və ya birbaşa ikinci mərhələdən mübarizəyə qoşulurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 28 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















