Icma.az
close
up
RU
Azərbaycanın 7 aylıq büdcə göstəriciləri açıqlanıb

Azərbaycanın 7 aylıq büdcə göstəriciləri açıqlanıb

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xəzinədarlıq orqanları 748 mindən çox ödəniş tapşırığı icra edib.

BAKU.WS Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % azdır.

Məlumata görə, 7 ayda icmal büdcənin gəlirləri 28 milyard 841,8 milyon manat, xərcləri 23 milyard 742,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat (1 il əvvələ nisbətən 0,5 % çox), xərcləri 20 milyard 174,4 milyon manat (illik müqayisədə 1,2 % çox) təşkil edib.

Son nəticədə icmal büdcədə 5 milyard 99,4 milyon manat, dövlət büdcəsində isə 3 milyard 420,3 milyon manat (3,3 % az) profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 11 milyard 474,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 8,6 %, proqnozdan 8 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 751,8 milyon manat (illik müqayisədə 4,5 % çox, proqnozdan 0,1 % az), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 22,3 % çox, proqnozdan 21,5 % çox), sair daxilolmalar 427,8 milyon manat (illiik müqayisədə 16 % çox, proqnozdan 54,4 % çox), Dövlət Neft Fondundan transfert 7 milyard 490 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 11,3 % az, proqnozla eyni), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 418,1 milyon manat (illik müqayisədə 14,3 %, proqnozdan 25,9 % az) təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Avqust 2026 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri