Azərbaycanın 2 aylıq büdcə göstəriciləri açıqlanıb
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xəzinədarlıq orqanları 147 mindən çox ödəniş tapşırığı icra edib.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2 ayda icmal büdcənin gəlirləri 7 milyard 558,3 milyon manat, xərcləri 5 milyard 338,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat (proqnozdan 0,9 % çox), xərcləri 4 milyard 803,4 milyon manat (proqnozdan 3,3 % az) təşkil edib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 002,0 milyon manat təşkil edərək proqnozdan 79,5 milyon manat və ya 2.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 0.3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat təşkil edərək proqnozdan 0,9 milyon manat və ya 10.2 faiz, sair daxilolmalar 63,4 milyon manat təşkil edərək proqnozdan 15,7 milyon manat və ya 32.9 faiz çox, Dövlət Neft Fondundan transfert isə 2 140,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 113,2 milyon manat təşkil edərək proqnoza qarşı 73.5 faiz icra olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:231
Bu xəbər 10 Mart 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















