Azərbaycanın 7 şahmatçısının Özbəkistanda keçiriləcək Grand Swiss turnirində iştirakı təsdiqlənib
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Azərbaycanın 7 şahmatçısının Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək "Grand Swiss" turnirində iştirakı təsdiqlənib. SİA xəbər verir ki, beynəlxalq yarışda Şəhriyar Məmmədyarov, Məhəmməd Muradlı, Rauf Məmmədov, Aydın Süleymanlı, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva mübarizə aparacaq.
İsveçrə sistemi ilə keçiriləcək və 11 turdan ibarət olacaq "Grand Swiss"də 172 şahmatçı yer alacaq. Onlardan 116 nəfəri açıq, 56 oyunçu isə qadınlar arasında keçiriləcək turnirdə iştirak edəcək. Açıq turnirin mükafat fondu 625 min ABŞ dolları təşkil edir. Qadınların yarışında isə bu rəqəm 230 min dollardır.
Açıq turnirdə Şəhriyar Məmmədyarov, Məhəmməd Muradlı, Rauf Məmmədov, Aydın Süleymanlı mübarizə aparacaq. Qadınların yarışında isə Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva yer alacaq.
Hər iki yarışda ilk iki yeri tutan şahmatçılar 2026-cı ildə təşkil olunacaq İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, "Grand Swiss" sentyabrın 3-dən 16-dək təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 08 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















