Azərbaycanın aerobika gimnastları Dünya Oyunlarında fəxri kürsüyə qalxıblar
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 15 avqust, AZƏRTAC
Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında fəxri kürsüyə qalxıblar.
AZƏRTAC xəbər verir ki, qarışıq cütlük proqramında çıxış edən Vladimir Dolmatov və Madina Mustafayeva gümüş medal qazanıblar. Onlar final mərhələsində yalnız yaponiyalı cütlük Mizuki Saito və Riri Kitazumedən geri qalıblar.
Qeyd edək ki, avqustun 17-dək davam edəcək Dünya Oyunlarında Azərbaycan 6 - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növündə 14 idmançı ilə təmsil olunur. Hazırda Azərbaycan komandasının hesabında 5 gümüş medal var. Daha əvvəl İrina Zaretska (karate), Tofiq Əliyev (tamblinq gimnastikası), Daniyel Abbasov və Murad Rəfiyev (akrobatika üzrə duet) və Amin Quliyev (kikboksinq) mükafatçılar sırasında yer alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Avqust 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















