Icma.az
close
up
RU
Azərbaycanın Afrika ölkələri ilə olan əlaqələri onun beynəlxalq çəkisini bir daha təsdiqləyir TƏHLİL

Azərbaycanın Afrika ölkələri ilə olan əlaqələri onun beynəlxalq çəkisini bir daha təsdiqləyir TƏHLİL

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir.

Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də təsis edilib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra, xüsusilə son illərdə Azərbaycan-Somali əlaqələrinin inkişafı əməkdaşlıq perspektivlərinin müzakirəsində mühüm rol oynayır. Azərbaycan ilə Somali arasında siyasi məsləhətləşmələr barədə imzalanmış sazişə əsasən, əməkdaşlığın genişləndirilməsində bu cür mexanizmlərin tətbiqi çox vacibdir. Kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün əhəmiyyətli bir potensial mövcuddur. Bu sahələrdə qarşılıqlı əlaqələrin və təcrübə mübadiləsinin təşkili xüsusi əhəmiyyət daşıyır.


Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova "Sherg.az"a bildirib ki, dünya düzəni indiyə qədər öyrəşdiyimiz şəkildən tamamilə fərqli mənzərəyə bürünür:


"Hər iki dünya müharibəsinin sonunda aparıcı aktorlar dünyada baş verən hadisələrin istiqamətini, əlaqəsini, səbəb-nəticəsini belə əllərində təmərküzləşdirirdilər. Artıq sadəcə ərazi, əhali kriteriyası baxımından deyil, hətta digər göstəricilir üzrə xırda, zəif ölkələr belə öz səslərinin beynəlxalq düzəndə vasitəsiz çatdırılmasını tələb edir, bu istiqamətdə qətiyyətli addımlar atırlar. Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra xarici siyasət prioritetləri regiondan dünya səviyyəsinə qalxıb. Dünyada Azərbaycanı haqq savaşının qalibi kimi qəbul edirlərsə, bir digər tərəfdə də Türkiyəni müttəfiq kimi qəbul edənlərin sayı artır. Türkiyəyə inam payı ABŞ, Almaniya, İngiltərə, Fransa və Kanadanı keçib. Hətta dərc olunan hesabatlar belə bu ölkəni “müttəfiq” kimi görənlərin nisbətinin onu “təhdid” olaraq görənlərin nisbətini üstələdiyini göstərir. Bu məqamda bir digər türk dövləti ilə bağlı başqa faktı göstərək. Məsələn, Azərbaycanla Somali arasında əlaqələr 2004-cü ildə qurulubsa, Özbəkistan və Somali diplomatik əlaqələri indi qurur.

Afrika ölkələri ilə təmaslar bütövlükdə sanki yenidən intensivləşdirilirsə, türk qrupu dövlətlərinin ayrı qrupda və daha intensiv addımlar atdığını müşahidə edirik. Dünyada iqtisadi krizislərin baş verdiyi bir zamanda, resurslar uğrunda mübarizə qızğınlaşanda, böyük aktorların geosiyasi şahmat taxtasında oyunları hərarətlənəndə, maraqlar, istək və ambisiyalar kəsişəndə Afrika həmişə beynəlxalq proseslərin bir növ güzgüsünə çevrilir".


Politoloq qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan da Türkiyəni “Afro-Asiya regionunun yüksələn ulduzu” adlandırdı:

"Türkiyənin isə bu ritorikasının tarixi, konkret əsasları mövcuddur. Türkiyə dünyanın müxtəlif regionlarında, xüsusilə Afrika, Yaxın Şərq və Balkanlardakı mübahisələrin münaqişəyə çevrilməmiş həllini təmin etmək üçün fəaliyyətini gücləndirərək qlobal sülh və sabitliyin bərqərar olmasına maksimum töhfə verməyə davam etmək hədəfi müəyyənləşdirib. Türkiyənin vasitəçiliyi ilə Efiopiya və Somali arasında əvvəllər gərgin olan münasibətlərdə faktiki olaraq dönüş nöqtəsi hesab edilən “tarixi” razılaşma əldə edildi. 

Sulara etibarlı çıxış, dəniz ticarəti baxımından Afrika cəlbedici regiondur. Türkiyənin xarici siyasətində Afrika qitəsində ən aydın şəkildə görünən tendensiya onun hərbi komponentinin güclənməsidir. Afrika dövlətləri ilə davranış aspektləri bütövlükdə qlobal səhnədə mövqelərin xarakterik xüsusiyyətlərini əks etdirir. Daha başqa bir fakt odur ki, Türkiyə Somali ərazisində kosmodrom inşa edir. Bu da ona nəinki orbitə peyk çıxarmağa, həm də hərbi məqsədlər üçün uzaqmənzilli ballistik raketləri sınaqdan keçirməyə imkan verəcək. Bu məsələ bundan sonra Yaxın Şərqdə istifadə oluna bilər".


Şəbnəm Həsənovanın sözlərinə görə, bütövlükdə türkdilli dövlətlər dünya siyasi arenasında daha qabarıq formada üzə çıxır, türk siyasi strateqləri siyasi səhnədə parıldayır:

"Cənab Prezident İlham Əliyevin diplomatik bacarıqları bu yerdə öz sözünü deyir. Azərbaycanın Afrika ölkələri ilə olan əlaqələri onun beynəlxalq çəkisini təsdiqləmək baxımından deyil, həm də əldə etdiyimiz Zəfər digər münaqişə proseslərində vasitəçi kimi iştirakın zəruriliyi haqqında tezisin irəli sürülməsi üçün presedent kimi istifadə olunur. Ticarət yollarının sabitliyinin qorunması, ekstremist qrupların güclənməsinin qarşısının alınması, iqtisadi əlaqələrin canlanması Azərbaycan Somali əlaqələrinin möhkəmləndiyini göstərən yeganə səbəblərin olmadığını vurğulamaqla yanaşı, bu əlaqələrin perspektivli olduğunu qətiyyətlə bildirməliyik. Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun səfərindən sonra əldə olunmuş razılaşmaların həyata keçirilməsi mexanizmlərini izləmək və aydınlaşdırmaq üçün cənab Prezident İlham Əliyevin də Afrika regionuna səfərini proqnozlaşdıra bilərik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri