Kuşner: Ukrayna müharibəsində dönüş ola bilər
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Cared Kuşner yeni razılaşmalar barədə danışıb
Rusiya və Ukrayna müharibənin başa çatdırılması üçün “praktiki kompromislərə” hazırdır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bunu ABŞ-ın danışıqlar üzrə nümayəndəsi Cared Kuşner bəyan edib.
ABŞ prezidenti Donald Trampın kürəkəni sosial şəbəkə X-də yazıb ki, mətbuatda tərəflərin maksimal tələbləri və sərt siyasi ritorikası ilə bağlı məlumatlar dərc olunub. “Lakin qapalı müzakirələrimiz zamanı hər iki tərəf başa düşür ki, bu müharibəyə son qoymaq üçün praktiki kompromislərə ehtiyac olacaq”, – deyə Kuşner bildirib.
O, həmçinin NATO-nun Avropa təhlükəsizliyinin ən mühüm dayağı olaraq qalacağını vurğulayıb. “Biz avropalı tərəfdaşlarımızın bu müzakirələrdə birbaşa iştirak etməsinə çalışırıq”, – deyə ABŞ nümayəndəsi qeyd edib.
Kuşnerin sözlərinə görə, danışıqlar zamanı bir neçə yeni ideya ortaya çıxıb. Onlardan bəziləri birbaşa irəliləyişə və mühüm razılaşmalara gətirib çıxara bilər.
Xatırladaq ki, bundan əvvəl “The New York Times” qəzeti əldə etdiyi sənədə istinadən yazıb ki, Rusiya NATO qüvvələrinin Polşa və Baltikyanı ölkələrdə yerləşən şərq cinahından çıxarılmasını, həmçinin Ukraynaya silah tədarükünün dayandırılmasını tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















