Icma.az
close
up
RU
Azərbaycanın AQEM ə sədrliyi çərçivəsində yüksəksəviyyəli iclas keçirilib, iki məsləhətçi orqan yaradılıb

Azərbaycanın AQEM ə sədrliyi çərçivəsində yüksəksəviyyəli iclas keçirilib, iki məsləhətçi orqan yaradılıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının Azərbaycan Respublikasının Sədrliyi ilə qeyri-rəsmi iclası keçirilib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclas zamanı AQEM-ə üzv dövlətlərin xarici işlər nazirləri və digər yüksəksəviyyəli nümayəndələri tərəfindən 2024-cü ilin dekabrından etibarən Azərbaycanın AQEM-də Sədrliyi dövründə əldə olunmuş tərəqqi müzakirə edilib, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının sədri qismində açılış nitqi ilə çıxış edərək Sədrliyin müxtəlif sahələr, o cümlədən bağlantılar, rəqəmsallaşma və dayanıqlılıq istiqamətləri üzrə müəyyən olunmuş strateji prioritetlərini vurğulayıb.

Nazir çıxışında AQEM-in institusional inkişafı və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi istiqamətində göstərilən səylər və əldə olunan tərəqqi barədə məlumat verib. Bu çərçivədə Təşkilata üzv dövlətlərin ali təhsil müəssisələri arasında innovativ əməkdaşlıq platforması olan AQEM Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, AQEM Biznes Şurası və Biznes Forumunun, habelə 13-cü AQEM Beyin Mərkəzləri Forumunun Azərbaycanda uğurla təşkil edilməsi vurğulanıb.

Ceyhun Bayramov, həmçinin Azərbaycanın əsas təşəbbüslərinin, o cümlədən AQEM Qadınlar Şurasının yaradılması kimi flaqman təşəbbüsün və AQEM Maliyyə Sammitinin təsis olunması istiqamətində əldə edilmiş irəliləyişin əhəmiyyətinə diqqət çəkib. Sözügedən yeni məsləhətçi orqanların yaradılmasının üzv dövlətlər arasında tematik əməkdaşlığı gücləndirəcəyi bildirilib.

AQEM Baş katibi və Təşkilata üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri də bəyanatlarla çıxış ediblər. Natiqlər Azərbaycan Sədrliyinin nümunəvi liderliyini, baxışını və AQEM-i gücləndirməyə sadiqliyini yüksək qiymətləndiriblər. Onlar AQEM çərçivəsində institusionallaşma və nəticəyönümlü qarşılıqlı fəaliyyətin təşviqində Sədrliyin səylərinə diqqət çəkərək, əsas layihələrin irəliyə aparılmasında Azərbaycanın göstərdiyi təşəbbüslərə görə minnətdarlıqlarını ifadə ediblər. Həmçinin bu təşəbbüslərin Asiya boyunca dialoq, etimad quruculuğu və çoxtərəfli əməkdaşlıq platforması kimi AQEM-in səmərəliliyini əhəmiyyətli dərəcədə artıracağı bildirilib.

İclas əlamətdar qərarların qəbulu, xüsusilə iki yeni məsləhətçi orqanın – AQEM Maliyyə Sammiti və AQEM Qadınlar Şurasının yaradılması ilə yekunlaşıb.

Nazirlər Şurası, eyni zamanda, İkinci Dünya müharibəsinin bitməsi və Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümü münasibətilə bəyanatlar qəbul edib. Bu bəyanatlar vasitəsilə AQEM-ə üzv dövlətlər İkinci Dünya müharibəsində qələbə üçün verilmiş tarixi qurbanları ehtiramla anıblar və çoxtərəfliliyə sadiqliklərini bir daha təsdiq ediblər. Onlar Asiyada və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqində AQEM-in dialoq, etimad quruculuğu və əməkdaşlıq platforması kimi rolunu vurğulayıblar. Nazirlər Şurasının Bəyanatında Azərbaycanın AQEM Sədrliyinin səyləri yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası 28 dövlətin üzv olduğu Asiyanın ən böyük regional platforması AQEM-ə 2024-cü ilin dekabr ayından başlayaraq iki il müddətinə sədrlik edir. Müxtəlif çoxtərəfli formatlarda nümunəvi liderliyin davamı olaraq Azərbaycanın Sədrliyi “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında AQEM regionunda dialoq və nəticəyönümlü əməkdaşlığın təşviqini prioritet elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri