Icma.az
close
up
RU
Azərbaycanın aqrar sektoruna dair ABŞ da mühüm müzakirə keçirib

Azərbaycanın aqrar sektoruna dair ABŞ da mühüm müzakirə keçirib

Sia Az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stephen Vadenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Nazir Məcnun Məmmədov Azərbaycanın aqrar sahədə elmi potensialının inkişafı, tədqiqat institutlarının müasirləşdirilməsi və onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

O, ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidməti (ARS) və Milli Ərzaq və Kənd Təsərrüfatı İnstitutu (NIFA) ilə birgə elmi-tədqiqat layihələrinin və eksperimental sınaqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. M. Məmmədov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir, iqlimə davamlı və rəqəmsal texnologiyalara əsaslanan model üzrə inkişafı istiqamətində görülən işlərdən də bəhs edib.

Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini diqqətə çatdıran nazir bu ərazilərdə beynəlxalq standartlara uyğun aqrar istehsal modelinin qurulmasında ABŞ-nin elmi-tədqiqat təcrübəsinin əhəmiyyətli töhfə verə biləcəyini bildirib.

ABŞ Kənd Təsərrüfatı nazirinin birinci müavini Stiven Veyden iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması istiqamətində işlərin davam etdirildiyini bildirib.

Qeyd edib ki, Azərbaycan tərəfinin hazırladığı memorandum layihəsi ABŞ-yə təqdim olunub və hazırda sənəd üzərində müzakirələr aparılır. S. Veyden memorandum çərçivəsində biotexnologiyalar, eləcə də heyvandarlıqda seleksiya və damazlıq işi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Bu istiqamətlər üzrə Azərbaycanın təcrübəsinin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Noyabr 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri