Putin Trampla görüş üçün Çinə gəldi
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin ABŞ və Çin liderləri ilə görüşünün keçiriləcəyi Çinin Şençjen şəhərinə gəlib.
Xatırladaq ki, üçtərəfli danışıqlar noyabrın 19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun daha əvvəl bildirdiyinə görə, müzakirələrin gündəliyində Ukrayna məsələsi də yer alır.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı obyektlərə son hücumlarının görüşün gündəliyinə təsir etməməli olduğunu bildirib.
Kremlin nümayəndəsi Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında keçiriləcək görüşlə bağlı bütün məsələlərin tam razılaşdırıldığını da qeyd edib.
Peskovun sözlərinə görə, liderlərin görüşünün bir hissəsi jurnalistlər üçün açıq ola bilər.
Post navigationPrevious: Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb
Next: Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 17 Noyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















