Azərbaycanın axtarışa verdiyi şəxs HƏBS OLUNDU Ekstradisiya olunacaq
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Oman Sultanlığı ilə ekstradisiya sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş İran İslam Respublikasının vətəndaşı Azadfar Mehdi Mohammadrezanın ekstradisiyası haqqında vəsatəti beynəlxalq hüququn qarşılıqlı yardım prinsipinə uyğun olaraq Oman Sultanlığının Maskat Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.
Belə ki, fiqurantın külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq həbsli axtarışa verilib. Şəxs 2024-cü ilin may ayında Omanda müəyyən edilərək həbsə alınmışdır.
Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Dekabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















