Icma.az
close
up
RU
Azərbaycanın balıqçılıq sektoru dövlətdən güzəşt və imtiyazlar istəyir

Azərbaycanın balıqçılıq sektoru dövlətdən güzəşt və imtiyazlar istəyir

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycana balıq istehlakının təqribən 80 %-i idxaldan asılıdır, odur ki, yerli istehsalı stimullaşdırmaq lazımdır.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı bildirib.

Onun fikrincə, yerli balıq istehalçılarına dəstək tədbirlərindən biri təzə soyudulmuş balığın idxalına 15 %-lik gömrük rüsumunun tətbiq edilməsi ola bilər: "Hazırda ölkəmizə İrandan balıq gətirilir. Onların istehsalı bizimlə müqayisədə ucuz başa gəlir. Son nəticədə bizim istehsalçılar iranlı iş adamları ilə rəqabət apara bilmirlər. Çünki İranda balıq istehsalı tam yerli istehsal hesabına həyata keçirilir, onların balıq yemi müəssisələri fəaliyyət göstərir. Bu isə istehsalın maya dəyərini aşağı salır. Azərbaycanda isə yem istehsal edən cəmi bir müəssisə var. Biz yemi idxal edirik. Dünya bazarında da yem bahalaşır. Bu isə bizim istehsal xərclərimizi artırır”.

Bundan başqa, Assosiasiya sədri deyib ki, balıq istehsalçıları gəlir vergisindən azad edilməlidir: "Artıq bu sahə kənd təsərrüfatı sahəsi hesab edilir. Aqrar sahə vergilərdən azaddır, ümid edirik ki, bizim sahə də vergilərdən tam azad olacaq. Bu qanunun bizim sahəyə tətbiqinin artıq vaxtı çatıb”.

Onun sözlərinə görə, balıq istehsalı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə uğurlu əməkdaşlıq var: "Nazirlik problemləri dinləməkdə və həll yollarını təklif etməkdə maraqlıdır. Müsbət nəticələr olacağına inanıram. Assosiasiya nazirliyə bir sıra təkliflər verib. Həmin təkliflərdən biri subsidiya verilməsidir. Bu, tarixi qərar olar. Çünki digər sahələrə dövlətin dəstəyi var. Subsidiya yerli istehsalın maya dəyərini azalda, həcmini artıra və ən əsası bazarda balıq məhsullarını ucuzlaşdıra bilər. Ölkədə qızılbalıq kimilərinin və digər növlərin istehsalı tam tənəzzülə uğrayıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Yanvar 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri