Azərbaycanın beynəlxalq gender reytinqi yüksəlib
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan gender bərabərliyini sosial siyasətin və ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib.
Komitə sədri 2025-ci ilin ölkəmizdə dövlət siyasətinin daha çox insan kapitalı, ailə institutu və gender bərabərliyi üzrə inteqrasiya olunmuş modelə keçdiyi mühüm bir dövr olduğunu vurğulayıb. Bildirilib ki, ötən il dövlət başçısı tərəfindən təsdiq edilən "Gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı" bu sahədə yeni mərhələ açıb.
Çıxışda Azərbaycanın gender bərabərliyi istiqamətində həyata keçirdiyi hüquqi və institusional islahatların qlobal miqyasda da yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Xüsusilə vurğulanıb ki, Dünya Bankının nüfuzlu “Women, Business and the Law” (Qadınlar, Biznes və Qanun) hesabatında Azərbaycanın göstəricisi mühüm artım nümayiş etdirərək 78,8-dən 85-ə yüksəlib.
Komitə sədri qeyd edib ki, 2025-ci il üzrə illik məlumat 298 səhifədə hazırlanıb və prosesə 66 dövlət orqanı, 77 yerli icra strukturu, Naxçıvan MR və vətəndaş cəmiyyəti institutları cəlb edilib. İlk dəfə olaraq gender bərabərliyi siyasəti məhkəmə qərarları, media monitorinqləri, ali təhsil proqramları və sosial risk xəritələri ilə inteqrasiya olunmuş formada təhlil edilib. Bu isə dövlət idarəetməsində data əsaslı və analitik qərarvermə modelinin gücləndiyinin əsas göstəricisidir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 26 May 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















