Yuri Vernidub: Şamaxıda oynamaq çətindir
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Neftçi" Misli Premyer Liqasının X turunun oyununda səfərdə "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Fikrimcə, pis oyun olmadı. Həm hücumda, həm müdafiədə yaxşı oynadıq. Bilirdik ki, "Şamaxı" heç də asan rəqib deyil. 3 xal qazanmaq üçün çox çalışmalı olduğumuzu anlayırdıq. İlk 5-7 dəqiqə ərzində "Şamaxı" yaxşı hücumlar qurdu, qol vəziyyətləri yaratdı. Ondan sonra biz toparlandıq və standart vəziyyətdən qol vurduq. Buna baxmayaraq, rəqib hesabı bərabərləşdirdi. Fasiləyə bərabərliklə yollandıq. Uşaqlara dedik ki, təzyiqi və intensivliyi artırmaq lazımdır. Heç bir halda xal itirə bilməzdik. İkinci hissədəki oyunumuzdan xoşum gəldi. Rəqibin çox fürsətləri olmadı. Amma hesabı bərabərləşdirə bildilər. Biz dəyişikliklər etdik və bu işə yaradı. Adeleke Akinyemi 3-cü qolu vurdu. Şamaxıda oynamaq çətindir. Bura orta dağlıq ərazidir. Uşaqlar deyirdilər ki, sanki oksigen çatmır. Bu, normal haldır. Əsas odur ki, qalib gəldik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Onların qarşılarında baş əyirik".
Elçin Əlixan
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Noyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















