Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artır Asif Əsgərov

Azərbaycanın beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artır Asif Əsgərov

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Oktyabrın 9-da Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfər edən Prezident İlham Əliyev ertəsi gün məhdud tərkibdə keçirilən iclasda çıxış edərək Azərbaycanın təşəbbüslərinin təşkilat daxilində əməkdaşlığın dərinləşməsinə, humanitar əlaqələrin genişlənməsinə, həmçinin regional tərəfdaşlığın yeni mərhələyə keçidinə verdiyi töhfələrə toxunub".

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.

"Düşənbədə keçirilən iclas səmimi və konstruktiv mühitdə keçib. Müstəqil Dövlətlər Birliyinin əsas məqsədi üzv ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın inkişafıdır. Dövlət başçısının bu çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan MDB çərçivəsində əməkdaşlığı yalnız siyasi müstəvidə deyil, həm də mədəni, sosial və humanitar sferalarda strateji prioritet kimi dəyərləndirir.

Prezident İlham Əliyev çıxışında Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl və dinamik inkişaf etdiyini qeyd edib. Dövlətimizin başçısı bildirib ki, onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Hər iki ölkənin rəhbərliyi arasında formalaşmış etimad mühiti regional sabitliyin, iqtisadi tərəfdaşlığın və dayanıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Bu kontekstdə Azərbaycan-Tacikistan münasibətləri MDB çərçivəsində çoxvektorlu əməkdaşlığın uğurlu nümunəsi kimi xüsusilə əhəmiyyətlidir.

Prezident İlham Əliyev Düşənbə çıxışında MDB məkanında humanitar əməkdaşlığın gücləndirilməsinə də xüsusi önəm verib. Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsi təşkilat üzvü dövlətlərin dəstəyinin parlaq təzahürüdür. Dövlətimizin başçısı Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkür edib.

Cari ilin iyun ayında Laçında keçirilən “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi həm bir mədəni tədbir, həm də böyük simvolik məna daşıyan əlamətdar hadisə olub. Tədbir iştirakçıları Laçının 30 illik işğaldan azad edildikdən sonra sürətli bərpa və dirçəliş yolunu müşahidə ediblər. Bir zamanlar tamamilə dağıdılmış şəhər qısa müddətdə müasir infrastrukturla təmin olunmuş, abad, yaşamaq və fəaliyyət göstərmək üçün əlverişli şəhərə çevrilib. Bu amillər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma siyasətinin uğurlarını və dövlətin iradəsinin real nəticələrini nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında toxunduğu digər mühüm məqam MDB-nin humanitar məkanında baş vermiş daha bir önəmli hadisə – sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində keçirilmiş III MDB Oyunları ilə bağlı idi. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni olan Gəncədə keçirilən bu yarışlar idman, mədəniyyət və dostluq dəyərlərinin vəhdətini nümayiş etdirib.

Yarışlarda 13 ölkədən – həm MDB üzvlərindən, həm də qonaq dövlətlərdən 1600-dən çox idmançının iştirakı sözügedən məkanda əməkdaşlığın geniş coğrafiyasını və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin miqyasını göstərib. Oyunların Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki kimi şəhərlərdə keçirilməsi Azərbaycanın regionlararası inkişaf siyasəti, mədəni açılışı və humanitar diplomatiyasının bariz göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir. Belə tədbirlər birliyin nüfuzunu beynəlxalq səviyyədə möhkəmləndirir və onun inteqrasiya potensialını artırır.

Beləliklə, Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı təkcə təşkilatın fəaliyyət istiqamətlərinə dair strateji baxışları deyil, həm də Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi real töhfələri təcəssüm etdirir. Dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslər MDB çərçivəsində əməkdaşlığın yeni mərhələsinə keçidi şərtləndirir, regionda sabitlik, etimad və davamlı tərəqqi üçün möhkəm siyasi və humanitar baza formalaşdırır. Azərbaycanın MDB platformasında həyata keçirdiyi layihələr bir daha göstərir ki, qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq dəyərlər üzərində qurulan əməkdaşlıq təşkilatın gələcəyi, bütövlükdə regionda sülh və sabitlik üçün strateji əhəmiyyət kəsb edir", - deyə deputat əlavə edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri