Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstandakı turnirdə 5 qızıl medal qazanıblar
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Fərdi yarışda qazaxıstanlı və qırğızıstanlı rəqiblərinə qalib gələn təmsilçilərimiz 5 qızıl və 1 gümüş medala sahib çıxıblar.
Sona Ağayeva (BC2), Günel Rzazadə (BC4), Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2) və Zaur Veysəlov (BC4) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bocciaçılarımız sabah komanda yarışında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli komandaları ilə mübarizə aparacaqlar.
Qalereya
Bu mövzuda digər xəbərlər:Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstandakı turnirə qatılırlar
25 Oktyabr 2025 12:04
Azərbaycanın idman gimnastları Özbəkistanda 5 medal qazanıblar
15 Noyabr 2024 16:54
Azərbaycanın Qazaxıstandakı yeni hərbi ataşesi müdafiə naziri ilə görüşüb
20 Dekabr 2024 15:37
Baxış sayı:74
Bu xəbər 28 Oktyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















