Azərbaycanın BOKT ı səhmdarlarının yığıncağında kapital ilə bağlı qərar qəbul edəcək
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mayın 22-də, saat 12:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. SİA xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.
Yığıncağın gündəliyinə BOKT-un nizamnamə kapitalı, 2024-cü il maliyyə-təssərrüfatının yekunlarına dair kənar auditorun hesabatının müzakirəsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,494 milyon manatdır. BOKT-un səhmdarları Xaqan Mirzəyev (32,1 %), Azad Cəbrayılov (26,75 %), Ramina Allahverdiyeva (16,55 %), Şəlalə Tağıyeva (10,1 %), Tokay Şıxəlizadə (7,5 %), Rövşən Məmmədov (3,6 %), Mobil Şərifov (2,3 %) və Gülnarə Tağıyevadır (1,1 %).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















