Icma.az
close
up
RU
Azərbaycanın böyük hissəsində istilik mövsümü başa çatıb

Azərbaycanın böyük hissəsində istilik mövsümü başa çatıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər istilik mövsümü başa çatıb.

Bu barədə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Bildirilib ki, mövsüm ərzində istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə qazanxanalar, istilik xətləri və digər infrastruktur obyektləri stabil rejimdə istismar edilib, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılıb.

Hesabat dövründə Cəmiyyət Bakı şəhəri və respublikanın regionlarında 549 qazanxana (balansında olan 523, xidmət 26) istismar etməklə 3 800 yaşayış binasını, təxminən 176 min 500 mənzili, 274 məktəbi, 159 uşaq bağçası, 141 səhiyyə obyekti, 2 800-dən artıq sosial və digər təsərrüfat obyektini istilik enerjisi ilə təmin edib.

O cümlədən, regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib.

İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhəri və regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayış binasında yerləşən 3 111 mənzil, 123 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin olunub.

Mövsüm ərzində 1 309 qazan qurğusu, 3 450 nasos avadanlığı, 1 000 km-ə yaxın magistral və məhəllədaxili istilik xətləri, ümumilikdə 80 000-dən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğuların texniki təhlükəsizlik və texniki istismar qaydalarına uyğun istismarı təmin edilib.

2026-cı ilin I rübündə 924 min 820 Qkal istilik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32910 Qkal və ya 3,7 % çox olub.

Bu mövsümdə istismar müddəti başa çatmış daha 7 ədəd köhnə tipli qazanxananın yenidən qurulması işləri tamamlanıb və istismara verilib.

Cari ilin 3 ayı ərzində istilik enerjisinin 99,87 %-i qaz yanacağı, 0,13 %-i isə elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal edilib. Ümumi istehsalın 513 Qkal və ya 0,055 %-i Şuşa şəhərində yeni tikilən elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsal edilib.

İstilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb. Qarşıdakı dövrdə əsas diqqət təmir-bərpa işlərinə, enerji səmərəliliyinin artırılmasına və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə yönəldiləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri