Icma.az
close
up
RU
“Azərbaycanın bu addımıyla yəhudilərin ölkəmizdə təhlükəsiz yaşadıqlarını təsdiq etdi”

“Azərbaycanın bu addımıyla yəhudilərin ölkəmizdə təhlükəsiz yaşadıqlarını təsdiq etdi”

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetinin 2025-ci ilin yanvar ayında Azərbaycanda yəhudi dini icmasının sədrinə qarşı hazırlanan sui-qəsd cəhdi barədə yayımlanan məqaləsindəki faktlar həqiqəti əks etdirirsə, bu İrandakı mühafizəkar qüvvələrin ölkəmizə qarşı siyasətin dəyişmədiyi göstərir. Məqalədə İranın kəşfiyyat strukturlarının Gürcüstanda yaşayan narkotik alverçisi olan azərbaycanlı vasitəsilə ravvini öldürmək istədiyi yazılıb. Həmin narkotik alverçisi Azərbaycana gəlib bu işə digər iki vətəndaşımızı da cəlb etməyə müvəffəq olub. Əsas sual budur: İrandakı dairələr Azərbaycanda yəhudi icmasının sədrini niyə öldürmək istəyiblər?".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, bunun üçün bir neçə səbəb ola bilər:

"Birincisi, İran kəşfiyyat strukturları Azərbaycanda yaşayan və fəaliyyət göstərən ravvini öldürməklə yəhudilərin məmləkətimizdə rahat və təhlükəsiz yaşantılarına kölgə salmaq istəyiblər. Görünür, düşünüblər belə bir terror aksiyası İsrail-Azərbaycan münasibətlərinə də məfi təsir edə bilərdi. Halbuki, Azərbaycanın kəşfiyyat strukturları cinayətin qarşısını almaqla yəhudilərin ölkəmizdə həqiqətən rahat və təhlükəsiz yaşadıqlarını bir daha təsdiq edib. İkincisi, İran kəşfiyyat strukturları azərbaycanlı ravvinə qarşı sui-qəsd cəhdi vasitəsilə İran-Azərbaycan münasibətlərinin normallaşmasına mane olmaq istəyiblər. Ravvinə qarşı sui-qəsd cəhdi reallaşsaydı, bunun arxasında İranın dayandığın bəlli olacaq və bu istər-istəməz Bakı-Tehran münasibətlərinə mənfi təsir edəcəkdi. Bu halda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlanan səfəri də təxirə salınacaqdı. Halbuki, yaxınlarda baş tutacaq bu səfərdən müsbət gözləntilər var. Ancaq bu səfərdən müsbət gözləntilər İranda heç də hamını sevindirmir.

İranın mühafizəkar dairələri hər vəchlə iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmağa çalışırlar, millət vəkilimizə qarşı sui-qəsd təşkil etdilər, Tehrandakı səfirliyimizə terror hücumuna şərait yaratdılar, ali dini liderin imam cüməsi xütbəsində ölkəmiz əleyhinə açıqlamalar verdi, indi də ravvini öldürmək istəyiblər. İran kəşfiyyatının sui-qəsd üçün Gürcüstanda yaşayan azərbaycanlını seçməsi də təsadüfi deyil. Bu da hiyləgər planın tərkib hissəsidir. İrandakı müxtəlif dairələr Gürcüstan azərbaycanlıları arasında təbliğat işini ildən-ilə gücləndiriblər və təəssüf ki, Gürcüstanın müvafiq strukturları bunun qarşısını ya almır, ya da almaq istəmir. Nəticədə, İrandakı dairələr Gürcüstanda geniş fəaliyyət imkanlarına malik olublar. Ravvinə qarşı planlanan terror baş tutsaydı, bu Azərbaycan-İran münasibətləri ilə yanaşı Azərbaycan-Gürcüstan münasibətlərinə də mənfi təsir edəcəkdi. İrandakı dairələrə də elə bu lazımdır. Ancaq İrandakı dairələrin planı bu dəfə alınmadı, onların bizə qarşı növbəti planını ifşa etməyə hazırlaşmalıyıq".\

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri