Icma.az
close
up
RU
Venesuela böhranı Azərbaycana nə vəd edir? Deputat DANIŞDI

Venesuela böhranı Azərbaycana nə vəd edir? Deputat DANIŞDI

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Həftə sonu Venesuelada baş verənlər dünyanın əsas diqqət mərkəzində olan hadisəyə çevrildi. Maduro hakimiyyətinin sona çatmasının dünya iqtisadiyyatına, neft sənayesinə ciddi təsir göstərəcəyi əsas proqnozlar sırasındadır. Ekspertlər hesab edirlər ki, Birləşmiş Ştatların Venesuela neftinə yiyələnməsi öz-özlüyündə qlobal neft bazarına təsirsiz ötüşməyəcək. Bu mənfi tendensiyanın Azərbaycan neftinə, dolayı yolla ümumilikdə iqtisadiyyata təsirsiz ötüşməyəcəyi ehtimal olunur.

Bəs hazırda baş verənlər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşəcəkmi?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Venesuelada baş verən hadisələr dünya neft bazarına təsirsiz ötüşməyəcək:

"Çünki Venesuela dünya neft resurslarının beşdə birinə malikdir. Yəni dünya neft resurslarının 17% olmaqla 303 milyard barell neft ehtiyatı olan bir ölkədə baş verənlər dünya neft bazarlarına təsirsiz olmayacaq. Uzun illər idi ki, Venesuelanın neft satışına embarqolar tətbiq olunmuşdu. İndi isə ABŞ Venesuela neftinin özünə məxsus olduğunu açıq şəkildə bildirir. Düzdür, Venesuslada neft sənayesinə investisyalar qoyulmalıdır. Təbii ki, bu pörosesi ABŞ həyata keçirəcək. O cümlədən  ABŞ Venesuelada fəaliyyət göstərən müvəqqəti hakimiyyə də onların tələblərinə uyğun oturub-durmalı olduğunu diktə edir. ABŞ həm böyük hərbi güc olduğu kimi indi həm də enerji bazarlarına təsir götərə biləcək böyük enerji gücünə çevrilib. Növbəti mərhələdə isə dünya neft bazarlarında qiymətlərin müəyyən olunmasında ABŞ-nin rolu əsas olacaq".

Millət vəkilinin fikrincə, ABŞ Rusiyanın iqtisadiyyatını çökdürmək üçün bazara daha ucuz Venesuela neftini çıxara bilər.

"Bu da neft bazarlarının çökməsinə və neft istehsalçısı ölkələrin gəlirlərinin kəskin aşağı düşməsinə gətirib çıxardacaq. Azərbaycan da neft istehsalçı ölkədir. Biz qeyri-neft istehsalımızı nə qədər artırsaq da neftdən asıllığımız aradan qalxmayıb. Neft bazarlarında sürətlə ucuzlaşma baş verərsə, ölkəmizin gəlirlərinin də azalacağı qaçılmaz olacaq. Yəni bir tərəfdən istehsal azalır, digər tərəfdən isə qiymətlər aşağı düşməsi dövlət gəlirlərin azalmasına təsir göstərəcək. Ona görə də iqtisadiyyatın neftdən asıllığının aradan qaldırılması istiqamətində ciddi addımların atılmalı olduğunu hesab ediərm. Belə ki, qeyri-neft sənayesi inkişafını sürətləndirməklə dövlət büdcəsinin aparıcı sektoruna çevirməsi qaçılmazdır. Həm də qeyri-neft gəlirlərinin artırılması istiqamətində addımlar genişlənməlidir. Qeyri neft gəlirləri dayanıqlı olduğu halda neftin qiymətinin aşağı enməsinin ölkə iqtisadiyyatına təsirləri minimuma enəcəkdir", - deyə Azər Badamov vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:298
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri