Icma.az
close
up
RU
Azərbaycanın bu bölgələrində zəlzələ gözlənilir Seysmoloqdan vacib açıqlama Yeni Gündəm

Azərbaycanın bu bölgələrində zəlzələ gözlənilir Seysmoloqdan vacib açıqlama Yeni Gündəm

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

Qardaş ölkə Türkiyədə tez-tez baş verən zəlzələ Azərbaycanda məsələni gündəmə gətirib. Belə ki, ictimaiyyət nə zamansa Bakı və bölgələrdə dağıntılara səbəb olacaq zəlzələnin baş verəcəyindən narahatdır.

Azərbaycanda güclü zəlzələ gözlənilirmi?

“Yeni Gundem” xəbər verir ki, Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev deyib ki, zəlzələlər öz tipinə görə hiss olunan, hiss olunmayan, güclü, dağıdıcı və katastrofik zəlzələlər kimi şəciyyələnirlər.

Seysmoloqun sözlərinə görə, digər bölgələrdəki kimi Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir:

“Çünki yer hərəkətinin intensivliyi, sürəti o bölgələrdəki kimi çox da aktiv deyil. Bu baxımdan da eyni zəlzələnin Bakı və ya Xəzər dənizində, digər bölgələrimizdə baş verməsi gözlənilmir. Amma 2024-25-ci ildə ölkəmizdə hiss olunan zəlzələlər olacaq. Buna səbəb isə qonşu ölkələrdə hiss olunan zəlzələlərin baş verməsidir. Azərbaycan ərazisinin onlardan kənar qalması mümkün deyil”.

Q.Babayev Azərbaycanda konkret seysmik zonaları açıqlayıb:

“Şamaxı-İsmayıllı, Şəki-Oğuz-Zaqatala ocaqlarında zəlzələ güclü hiss oluna bilər. Gəncə, Mingəçevir, Qarabağın özü də seysmik ərazidir. Orada Şuşa seysmik ocağı var. Bu isə Hadrud, Laçın, İstisu və Kəlbəcər tərəfdə özünü büruzə verir. Xəzər dənizi də hər bir tərəfdən seysmik zonadır. Onun bütün ərazisi Bakı və Abşeron yarımadasına təsirli, potensial təhlükədir. Çünki Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir”.

Seysmoloqun dediklərinə görə, cənub zonası da hiss olunan zəlzələdən sığortalanmır:

“Xəzərin cənub hissəsi və qonşu İranda baş verən zəlzələ talış zonasına təsir göstərir. Lakin Lerik və Yardımlının özündə də seysmik ocaqlar var”.

Qulam Babayevin sözlərinə görə, 2025-ci ildə də aktivlik davam edəcək:

“Mümkün deyil ki, Türkiyə, Gürcüstan, İranda zəlzələ baş versin, amma Azərbaycanda hiss olunmasın. Bu, mümkünsüzdür! Qonşu ocaqlar fizikanın qanunu əsasında bizə də təsir göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 29 Noyabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri