Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda tütün məmulatlarına (siqaretə) ən çox Dağlıq Şirvan iqtisadi rayonunda – Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında yaşayan şəxslər tərəfindən pul xərclənir.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dağlıq Şirvan iqtisadi rayonunda bir nəfərin ay ərzində siqaret üçün sərf etdiyi vəsait orta hesabla 15,5 manata bərabərdir. Bu məbləğ adambaşına düşən orta aylıq istehlak xərclərinin 4,3%-ni təşkil edir. Bu, həmçinin sözügedən rayonlarda təhsilə çəkilən xərclərdən təxminən 3 dəfə çoxdur. Belə ki, Dağlıq Şirvan iqtisadi rayonunda yaşayan insanların adambaşına düşən aylıq təhsil xərci 5,3 manatdır ki, bu da ümumi istehlak xərclərinin 1,5%-nə bərabərdir.
Qeyd edək ki, Azərbaycanda Abşeron-Xızı iqtisadi rayonu istisna olmaqla, digər iqtisadi rayonlarda tütün məmulatlarına sərf olunan vəsait təhsilə sərf olunan vəsaitdən çox olub.
Azərbaycanın iqtisadi rayonlarında siqaretə və təhsilə sərf edilən adambaşına düşən aylıq xərc aşağıdakı kimidir:

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azər Əmiraslanov: “Azərbaycanın büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə xərclərindən 1,3 dəfə çoxdur”
25 Noyabr 2024 13:25
Komitə sədri: “Azərbaycanın büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə xərclərindən 1,3 dəfə çoxdur”
25 Noyabr 2024 13:20
Bu, Ermənistan və Gürcüstanın birlikdə xərclərindən 1,3 dəfə çoxdur
25 Noyabr 2024 13:50
Büdcə xərcləri Ermənistanla Gürcüstanın birlikdə xərclərindən 1,3 dəfə çoxdur
25 Noyabr 2024 13:41
Baxış sayı:92
Bu xəbər 08 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















