Icma.az
close
up
RU
Azərbaycanın bu ərazisində zəlzələlər gözlənilir KONKRET

Azərbaycanın bu ərazisində zəlzələlər gözlənilir KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Son iki gündə Xəzər dənizində 5 zəlzələ faktı qeydə alınıb. Belə ki, yeraltı təkanlar Xəzər dənizində əsasən, cənub bölgəmiz olan Lənkəran, Astara bölgələrində baş verib. Bu kontekstdə yeraltı təkanların baş verməsinin səbəbi və əlavə təkanların gözlənilib-gözlənilməyəcəyi ətrafında suallar yaranır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, son iki gündə Xəzər dənizi ərazisində ardıcıl zəlzələlərin qeydə alınması müəyyən narahatlıq yaratsa da, bu proses əsasən təbii geoloji faktorlarla izah olunur.

“Bir qədər təhlükəli görünsə də, ümumilikdə, Xəzər dənizi mürəkkəb seysmik aktiv zona hesab olunur və Azərbaycan da tektonik baxımdan fəal bölgədə yerləşir. Bu səbəbdən kiçik və orta maqnitudalı, əksər hallarda hiss olunmayan zəlzələlərin baş verməsi normal sayılır.

Son günlər baş verən təkanlar 30-60 km dərinliklərdə müşahidə olunur. Yəni bunlar yerin dərin qatlarında baş verməklə, həmin qatlarda tektonik gərginlik toplanır və bu gərginlik sistemli şəkildə, tədricən boşalır. Bu da bir neçə kiçik və ya orta maqnitudalı zəlzələ şəklində özünü göstərir. Xəzər dənizinin dərinliklərdə mövcud olan tektonik qırılmalar və geoloji pozuntular zəngindir. Onlar bir-birinə yaxın qovşaqlarda yerləşir. Həmin qırılmalar daha aktiv hərəkətə keçəndə, nəticədə ərazi seysmik baxımdan fəallaşır və zəlzələlər baş verir”.

Q.Babayev həmçinin vurğulayıb ki, burada müşahidə etdiyimiz proses silsilə formasındadır, yəni seriya şəklində baş verir:

“Biz bunu seysmik sürü (earthquake swarm) adlandırırıq. Yəni bu, böyük zəlzələdən sonra yaranan afterşoklar deyil, əksinə, eyni zonada bir neçə zəif və orta güclü təkanın ardıcıl baş verməsidir. Hazırda Xəzər dənizində də məhz bunu müşahidə edirik.

Bu təhlükəli görünə bilər. Amma Azərbaycanda dağıdıcı, güclü, katastrofik zəlzələnin baş verməsi ehtimalı çox aşağı səviyyədədir. Mikro zəlzələlər adlanan kiçik zəlzələlər baş verir. Hiss olunan zəlzələlər isə ümumiyyətlə qaçılmazdır. Dağıdıcı zəlzələ ehtimalı də öz növbəsində aşağı qiymətləndirilir. Bir seysmik ocaq, bir qırılma aktivləşib intensivləşəndə zəlzələ baş verir. Təbii ki, bu zaman qonşu qırılmalar da hərəkətə gəlir və beləliklə, silsilə şəklində aktivlik yaranır”.

Mütəxəssis onu da əlavə edib ki, qonşu ocaqlarda da aktivləşmə ehtimalı var:

“Nümunə olaraq, əgər Xəzər dənizindəki aktivlik Lənkəran-Talış zonasına yaxındırsa, Talış seysmik zonasının da silkələnməsi, titrəməyişi ehtimalı var. Çünki həmin zonada da zəngin qırılmalar və seysmik ocaqlar mövcuddur. Şimala doğru getsək, Quba-Xaçmaz, Siyəzən, Şabran da seysmik ocaqlarla zəngin ərazilərdir. Yaxın ocaq silkələnirsə, qonşu ocaqlar da bundan təsirlənə bilər”.

Q.Babayev diqqətə çatıdırıb ki, ümumilikdə, panikaya əsas yoxdur:

“Dağıdıcı, katastrofik zəlzələlər ümumiyyətlə gözlənilmir. Amma hiss olunan zəlzələlər Azərbaycan üçün qaçılmazdır. Regionun seysmik mənzərəsi göstərir ki, bu il də ilk 6 ay ərzində hiss olunan zəlzələlər Azərbaycanda qaçılmazdır. Qonşu ocaqların da silkələnməsi ehtimalı var. Məsələn, Şamaxı-İsmayıllı zonası da silkələnə bilər. Buna səbəb isə, Xəzər dənizinin hazırda aktivləşməsi və bir-biri ilə əlaqədə olan ocaqların fəallaşmasıdır”, – deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Aprel 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri