ABŞ 26 il sonra həmin statusu itirdi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Peyvəndləməyə qarşı tərəddüdlərin artması və vaksinasiya səviyyəsinin aşağı düşməsi səbəbindən ABŞ 2000-ci ildən bəri qoruyub saxladığı “qızılcanın kökünü kəsmiş ölkə” statusundan rəsmi şəkildə məhrum olub.
“Qafqazinfo” xəbər verir ki, Pan-Amerika Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edən müstəqil ekspert komissiyasının bu qərarına virusun ölkə daxilində bir ildən artıq müddətdə insandan-insana fasiləsiz yayılması təsir göstərib.
Genetik araşdırmalar eyni qızılca ştammının Yuta ştatında bir ildən çox dövriyyədə qaldığını təsdiqləyib. Bununla yanaşı, Cənubi Karolina, Pensilvaniya, Viskonsin və Nyu-York ştatlarında da uzunmüddətli yoluxma ocaqları qeydə alınıb.
Cari ildə ABŞ-də 5400-dən çox yoluxma faktı aşkarlanıb ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir. Xəstələnənlərin, demək olar ki, hamısının peyvənd olunmamış şəxslər olduğu, yoluxan hər doqquz nəfərdən birinin xəstəxanaya yerləşdirildiyi və ən azı 10 nəfərin öldüyü bildirilir.
Vurğulanır ki, iki doza peyvənd xəstəlikdən 97 faiz qoruma təmin etsə də, məktəblərdə vaksinasiyadan azadolma hallarının artması və kollektiv immunitetin zəifləməsi körpələri, hamilə qadınları və immun sistemi zəif olan şəxsləri ciddi risk altında qoyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Noyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















