Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq nüfuzu yalnız regionla məhdudlaşmır Deputat

Azərbaycanın beynəlxalq nüfuzu yalnız regionla məhdudlaşmır Deputat

Icma.az, Unikal.az saytına istinadən bildirir.

"Sentyabrın 25-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Azərbaycanın regional və qlobal arenadakı strateji mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlətimizin başçısı çıxışında milli maraqların qorunması, beynəlxalq hüquqa sadiqlik və sülhün təmin olunması istiqamətində ölkəmizin atdığı mühüm addımlar barədə geniş məlumat verib".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, 30 ilə yaxın davam edən danışıqlar nəticəsiz qaldıqdan sonra - 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldı:

"Ermənistanın həyata keçirdiyi hərbi cinayətlər – şəhərlərə raket atəşləri, kasetli mərmilərlə hücumlar və yüzlərlə günahsız mülki vətəndaşın qətlə yetirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı, mülki obyektləri hədəfə almadı və dinc əhalinin təhlükəsizliyini qorudu. 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad edən Azərbaycan uzun illər kağız üzərində qalan BMT qətnamələrinin icrasını təmin etdi.

Zəfərdən dərhal sonra Azərbaycan qalib dövlət kimi Ermənistanla münasibətlərin normallaşdırılması üçün konstruktiv təşəbbüslər irəli sürdü. Beynəlxalq hüquqa əsaslanan beş prinsip və sülh müqaviləsi layihəsi təqdim edildi. 2022-ci ildən 2025-ci ilin yayına qədər aparılan danışıqlar yalnız ikitərəfli əsasda, kənar müdaxilələr olmadan nəticə verdi. Bu yanaşma ölkəmizin həm regional, həm də beynəlxalq səviyyədə lider mövqeyini gücləndirdi və sülh prosesində nümunəvi model təqdim etdi.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh müqaviləsini parafladılar, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri isə Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Trampın şahidliyi sənədin beynəlxalq legitimliyini gücləndirdi. Bu addım həm də uzun müddət davam edən format dəyişikliyini reallaşdırdı, ATƏT-in Minsk qrupu və əlaqədar strukturların bağlanması ilə köhnəlmiş mexanizmlər tarixi olaraq ləğv edildi. Nəticədə regionda sülh və təhlükəsizlik üçün yeni siyasi baza yaradıldı.

Azərbaycanın beynəlxalq nüfuzu yalnız regionla məhdudlaşmır. COP29-a uğurla ev sahibliyi etməsi, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) və Paris Sazişi çərçivəsində karbon bazarlarının yaradılmasında fəal iştirakı ölkəmizin qlobal iqlim siyasətindəki rolunu möhkəmləndirib. Azərbaycan, həmçinin enerji təhlükəsizliyi sahəsində strateji təşəbbüslərlə çıxış edir. 14 ölkəyə təbii qaz ixracı, regional enerji şəbəkələrinin inteqrasiyası və bərpaolunan enerji mənbələrinə investisiyalar Azərbaycanın regional liderliyini nümayiş etdirir. Bu siyasət həm də qlobal enerji təhlükəsizliyinin təmin edilməsində dövlətimizin etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı bir daha sübut edir ki, Azərbaycan artıq tarixi Qələbəni qazandığı, sülhü təmin etdiyi və azad edilmiş əraziləri bərpa etdiyi yeni mərhələyə qədəm qoyub. Bu nailiyyətlər ölkəmizi regional lider və etibarlı qlobal tərəfdaş kimi möhkəmləndirir, davamlı inkişaf, enerji təhlükəsizliyi və humanitar sahələrdə strateji üstünlüklər yaradır. Azərbaycanın əldə etdiyi uğurlar bütövlükdə Cənubi Qafqazda sabit gələcək və əməkdaşlıq imkanlarını təmin edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri