Icma.az
close
up
RU
“Forum Azərbaycanın regional iqtisadi mərkəz kimi rolunu gücləndirəcək” Deputat

“Forum Azərbaycanın regional iqtisadi mərkəz kimi rolunu gücləndirəcək” Deputat

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi həyatında mühüm hadisə kimi dəyərləndirilə bilər. Çünki bu cür tədbirlər ilk növbədə, Azərbaycanın qlobal iqtisadi məkandakı mövqeyini möhkəmləndirir, onu beynəlxalq biznes dairələri üçün daha cəlbedici və etibarlı tərəfdaş kimi təqdim edir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Aydın Hüseynov Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti barədə danışarkən deyib.

Deputat bildirib ki, forum təkcə sərmayəçilərlə dövlət nümayəndələrini deyil, həm də müxtəlif ölkələrdən gələn iş adamlarını, maliyyə qurumlarını və innovasiya sahəsində çalışan mütəxəssisləri bir araya gətirməklə, yeni iqtisadi əməkdaşlıqların formalaşmasına zəmin yaradır.

“Azərbaycanın strateji coğrafi mövqeyi, zəngin təbii resursları, sürətlə inkişaf edən infrastruktur layihələri və açıq iqtisadi siyasəti sərmayədarlar üçün artıq uzun müddətdir diqqət mərkəzindədir. Forum isə bu marağı daha da artıraraq, həmin potensialı reallaşdırmaq üçün platforma rolunu oynayır. Burada aparılan müzakirələr, imzalanan razılaşmalar və qurulan əlaqələr gələcək illərdə müxtəlif sahələrdə - enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və turizm sektorunda yeni investisiya axınlarına yol aça bilər. Ən önəmlisi isə odur ki, forum Azərbaycanın iqtisadiyyatında şaxələnməni dəstəkləyən, qeyri-neft sektorunun inkişafını stimullaşdıran imkanlar yaradır”, - A.Hüseynov söyləyib.

O əlavə edib ki, xarici sərmayədarlar burada yalnız mövcud layihələrə deyil, həm də innovativ təşəbbüslərə, startaplara maraq göstərərək ölkənin bilik və texnologiya əsaslı iqtisadiyyat quruculuğuna töhfə verə bilərlər: “Bu proses, həmçinin yeni iş yerlərinin açılmasına, müasir idarəetmə təcrübələrinin tətbiqinə və milli iqtisadiyyatın qlobal trendlərə uyğunlaşmasına xidmət edəcək.

Beləliklə, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə sərmayə cəlbi baxımından deyil, həm də ölkəmizin iqtisadi nüfuzunun artması, beynəlxalq əməkdaşlıq əlaqələrinin dərinləşməsi və Azərbaycanın regional iqtisadi mərkəz kimi rolunun güclənməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu forum gələcəkdə davamlı ənənəyə çevrilərsə, Azərbaycanın dünya iqtisadi xəritəsindəki mövqeyi daha da möhkəmlənəcək”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri