Azərbaycanın çimərlik güləşi millisi çempion olub
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çempion olub.
Bu barədə Bakıvaxtı.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya çempionu adına yiyələniblər. Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Gürcüstan komandası 61 xalla ikinci, Seneqal millisi isə 58 xalla üçüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:Çimərlik voleybolçularımız Türkiyədə çempion olublar
13 Avqust 2026 09:32
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02 Sentyabr 2026 16:06
Azərbaycanın çimərlik güləşi yığması yeni mövsümə Vyetnamda start verir
08 May 2026 15:37
Çimərlik güləşi üzrə Azərbaycan millisi 4 medalla Avropa çempionu olub
28 May 2026 00:14
Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasının finalına hazırlaşır
14 Sentyabr 2026 21:24
Baxış sayı:122
Bu xəbər 09 Noyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















