Mayor idi, 10 ay sonra general oldu Foto
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda gənc yaşda general rütbəsi alan şəxslər çoxdur. Onların sırasında ölkənin ən gənc generallarından biri olan, 34 yaşında general-mayor ali xüsusi rütbəsinə yüksələn Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov da var. Onun vəzifə yüksəlişi qısa müddətdə baş verib.
Bizim.Media “metbuat.az”a istinadən xəbər verir ki, Fuad Elxan oğlu Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub.
2008-2012-ci illərdə Bakı Dövlət Universitetində gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə isə magistr təhsili alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə gömrük orqanlarında fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildə Azərbaycanın Belçikadakı Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi - gömrük attaşesi təyin edilib.
Prezident İlham Əliyevin 12 mart 2025-ci il tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsinə təyin olunan Məmmədov həmin vaxt gömrük xidməti mayoru idi. O, cəmi iki ay sonra polkovnik rütbəsinə yuksəlib. 29 yanvar 2026-cı ildə isə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
Fuad Məmmədov intellektual kadr kimi tanınır. O, rus və ingilis dillərində sərbəst danışır.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 09 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















