Icma.az
close
up
RU
Azərbaycanın coğrafi mövqeyinin üstünlükləri Çin tərəfindən təqdir edilir

Azərbaycanın coğrafi mövqeyinin üstünlükləri Çin tərəfindən təqdir edilir

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və Çin arasında iki və çoxtərəfli münasibətlərin müsbət dinamikada inkişafına təsir edən amillər çoxdur, mən 4 amili fərqləndirərək bəzi məqamları vurğulamaq istərdim.

Birincisi, Azərbaycan və Çin arasında münasibətlər möhkəm siyasi fundamental və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə hörmətə əsaslanır. Rəsmi Bakı və Pekin qlobal arenada separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyalarına qarşı çıxırlar və bu məsələdə vahid mövqe nümayiş etdirirlər. Azərbaycan Respublikası “Vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Bu o deməkdir ki, Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir. Çin Xalq Respublikası da Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bu dəstəyin ifadəsi Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Pekinə etdiyi ilk rəsmi səfərdə təsdiqləndi və sonrakı illərdə də qorunub saxlandı. 2024-cü ildə Azərbaycan və Çin münasibətlərini keyfiyyətcə yeni mərhələyə, rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırdılar. Prezident İlham Əliyevin sözləri ilə ifadə desək, “Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”. Xarici siyasətində şaxələndirməyə üstünlük verən Azərbaycanın ümumilikdə 22 dövlətlə, o cümlədən Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətləri var. Türkiyə, Özbəkistan və Rusiya ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəldilmişdir.

İkincisi, beynəlxalq siyasətdə multilaterializmi dəstəkləyən Azərbaycanın Çinlə xarici siyasət sahəsində əməkdaşlığının çoxtərəfli formatda da inkişafı üçün imkanlar mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq çoxtərəfli müstəvidə münasibətlərin müsbət dinamikasından xəbər verir. Belə ki, Çinin aparıcı qüvvələrdən olduğu Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Şaxələnmiş xarici siyasət istiqaməti həyata keçirən  Azərbaycanın COP29 çərçivəsində Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq təcrübəsi də beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Prezident İlham Əliyevin sözləri ilə desək “Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.”

Üçüncüsü, Şimal ilə Cənubun, Şərq ilə Qərbin kəşisməsində qərarlaşan Azərbaycanın malik olduğu coğrafi mövqenin üstünlükləri Çin tərəfindən təqdir edilir. Qafqaz-Xəzər regionunda önəmli ölkə olan Azərbaycan geosiyasi mövqe və bundan qaynaqlanan nəqliyyat və loqistika üstünlüyünə malikdir. Azərbaycan qədim "İpək yolu" layihəsinin tərkib hissəsi olmaqla, Çinin 2013-cü ildə elan etdiyi müasir “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına öz resursları hesabına töhfə verir. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və Bakı-Tbilisi-Qars dəmiryolu bu istiqamətdə vacib seqmentlərdir. Çindən başlayan və Avropaya qədər uzanan layihənin mahiyyəti ondan ibarətdir ki, Çindən ixrac edilən mallar zamana qənaət və əlverişli tranzit rüsumları ilə Avropa bazarına çatsın. Əlbəttə ki, bu faktor Azərbaycanın həm Çin-Avropa ticarət əlaqələrində sabit tranzit ölkə kimi rolunun artmasına xidmət edir, həm də həyata keçirilən bu cür perspektivli layihələr beynəlxalq əməkdaşlıq yolunda geniş imkanlar açır.

Və təbii ki, bütün bu məsələləri düşünülmüş strategiya çərçivəsində əlaqələndirən iki ölkənin siyasi liderləri arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan dialoqun olmasıdır. Prezident İlham Əliyev və Çin Dövlət Şurasının Sədri Si Cinpin arasında uzun zamandan bəri səmimi dialoq var. Prezidentin Çin televiziyasına müsahibəsində dediyi “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır” fikri Azərbaycan Prezidentinə beynəlxalq arenada da böyük rəğbət qazandırmışdır. Çünki Prezidentimizin sözü imzası qədər keçərlidir və bu amil etibarlı və qarşılıqlı hörmətə əsaslan münasibətlər üçün mühüm baza rolunu oynayır.
 

Rizvan Nəbiyev,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri